Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası tabeliyində Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi

Publik Hüquqi Şəxs “Təşkilatın 80 illik yubiley tədbirinin təşkili xidmətləri”nin satınalınması məqsədilə təkliflər sorğusu elan edir

Təkliflər sorğusunun iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, və imzalanmış şəkildə zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara sahib olmalıdırlar.

İştirak etmək istəyənlər yazılı müraciətlə Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 (əlaqələndirici şəxs – Həmidov Zaur Abusalat oğlu, telefon nömrəsi: +99124937400) nömrəli ünvana müraciət edərək təkliflər sorğusunun şərtlər toplusunu əldə edib iştirakçı ola bilərlər.

İddiaçılar iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-təkliflər sorğusunda ştirak etmək üçün yazılı müraciət;

-təkliflər sorğusu üçün təklif (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının maddi-texniki bazası;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 18 may 2018-ci il saat 16.00-a qədər Bakı şəhəri, AZ1095, Azadlıq prospekti, 11 nömrəli ünvana təqdim etməlidirlər. Əlaqələndirici şəxs, Həmidov Zaur Abusalat oğlu, telefon: +99 124937400.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 21 may 2018-ci il saat 10.00-da Bakı şəhəri, AZ1095, Azadlıq prospekti, 11 nömrəli ünvanda açılacaqdır.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında