Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi

təminatındakı təşkilatların 2018-ci il ərzində mebel-inventar, məişət və digər texniki avadanlıqlara: 1-ci Lot mebel və yumşaq inventarlar, 2-ci Lot jalüz pərdələri, 3-cü Lot mətbəx avadanlıqları, 4-cü Lot seyf və dəmir dolablar və 5-ci Lot müxtəlif məişət texnikalarına olan tələbatını ödəmək üçün

 

 AÇIQ   TENDER   ELAN   EDİR

 

Tender 5 Lot üzrə cari ilin iyun ayının 22-si saat 15.00-da DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı ,Azadlıq prospekti 161-də) keçiriləcəkdir.

İddiaçılar bütün lotlarda iştiraka görə 1430,00 manat, 1-ci Lot üçün 750,00 manat, 2-ci Lot üçün 170,00 manat, 3-cü Lot üçün 80,00 manat, 4-cü Lot üçün 110,00 manat və 5-ci Lot üçün isə 320,00 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:

Bank rekvizitləri

Dövlət xəzinədarlıq agentliyi

Kod: 210005

VÖEN: 1401555071

MH: AZ41NABZ01360100000000003944

SWİFT BİK CTREAZ22

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi

Hh :AZ32CTRE00000000000002077770

VÖEN: 1500281641. BTK 142340 ,fond 7

İştirak haqqı geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (30 bank günü qüvvədədir);

- tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində tender təklifinin bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- vergi orqanlarından müvafiq arayış .

Malgöndərən öz tender təklifini ‘’Dövlət satın-almaları haqqında’’ Qanunda müəyyənləşdirilmiş qaydada hazırlayaraq bank təminatı ilə birlikdə tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2018-ci il iyun ayının 21-i saat 17.00-dək tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunan tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

Digər sənədlər satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış, yəni cari il iyul ayının 12-si saat 17.00-dək təqdim olunmalıdır.

İddiaçı tərəfindən hazırlanmış, imzalanmış və möhürlənmiş tender təklifi bank təminatı ilə birlikdə ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfini iddiaçı imzalayıb möhürləyir və tender komissiyasına təqdim edir.

Təkliflər qiymətləndirilib müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:

 -satınalma müqaviləsinin icrasını tə’min etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması ;

- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları ;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak etməkdə maraqlı olanlara bildirilir ki, onlar mebel-inventar, məişət və digər texniki avadanlıqları iyul-oktyabr ayları ərzində DİN-in Mərkəzi Bazasına çatdırmalıdırlar.

Malgöndərənlər iştirak haqqını yuxarıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

Tender proseduru ‘’Dövlət satınalmaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Əlaqələndirici şəxslər - Zahid Sarıyev və Rövşən İbrahimov.

Telefonlar : 590-20-18, 590-67-24.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında