Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi 2018-ci il üçün Sumqayıt şəhərində yaşıllıqların salınması işlərinin satınalınması məqsədilə

 AÇIQ   TENDER   ELAN   EDİR

 

Tender 1 lot üzrə keçiriləcəkdir.

Lot-1. Yaşıllıqların salınması işlərinin satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetrilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlanlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: R.R.Namazov,

tel: 644-73-71.

Ünvan: Sumqayıt şəhəri, 41-ci məhəllə.

Maraqlananlar əsas şərtlər toplusunu aşağdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı 260 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Təşkilat: Sumqayıt Şəhər İH MKTİB-in Yaşıllaşdırma İdarəsi

ABB-nin Sumqayıt filialı

Kod:805658

VÖEN: 9900001881

Mh:AZ03NABZ01350100000000002944

Hh: AZ32İBAZ38060019449616318213

VÖEN:2900390241

SWIFT BİK - AİİBAZ 2 X

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.

- tenderdə iştirak etmək üçün yazılı ərizə. (ərizədə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksı, telefon nömrəsi, rəhbərinin adı, soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi olkə və rekvizitləri;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

- tender təklifi (tender proseduru keçirildiyi tarıxdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);

- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.

İddiaçılar tender sənədlərinin nümunə formasını yuxarıda göstərilən ünvandan ala bilərlər və iddiaçılar sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) həmin ünvana 12 iyun 2018-ci ilə qədər təqdim etməlidirlər.

İddiaçılar tender təklifini 22 iyun 2018-ci il saat 18.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 25 iyun 2018-ci il saat 11.00-da Sumqayıt şəhəri, 41-ci məhəllədə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında