ELAN

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda istehsal ediləcək elektrik enerjisinin dövlət enerji sisteminə ötürülməsi üçün 15/110 kv-luq yarımstansiyanın və müvafiq yardımçı avadanlığın quraşdırılması işləri ilə əlaqədar "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender elan edir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: qiymət, keyfiyyət, avadanlıq, analoji layihələr üzrə təcrübə.
Tenderdə iştirak etmək istəyənlər 300 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Ünvan: AZ 1000, Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 40. Hökumət evi, (əlaqələndirici şəxs: Musayev Azad Əlibaba oğlu, tel:493-88-67 dax/n: (22-82) ala bilərlər.
Təşkilatın adı: İqtisadi İnkişaf Nazirliyi
VÖEN: 1700012751
XHKN: 148501050
Bank rekvizitləri: MN DXA-nin 1 saylı Xəzinədarlıq İdarəsi
Hesab N- 33205019449328518204
VÖEN: 1700986181
Beynəlxalq Bank Mərkəzi filialı
Kod: 805722
M/h: 0137010002944
VÖEN:9900001881
SWİFT Bik: İBAZAZ2X
Ünvan: AZ 1000, Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 40. Hökumət evi
Telefon: 493-88-67
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);
- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə qalır);
- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd;
- müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayış.
İddiaçı tenderin əsas şərtlər toplusunda göstərilən bütün maddələrə dəqiq əməl etməlidir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 21 aprel 2011-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 29 aprel 2011-ci il saat 17.00-ə qədər İqtisadi İnkişaf Nazirliyinə (ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 40. Hökumət evi) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 30 aprel 2011-ci il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında