Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı "Azərbaycan Respublikasının bank sistemi üçün yeni Hesablar Planı və onun tətbiqinə dair göstərişlər"in hazırlanması məqsədilə icraçı təşkilatın seçilməsi ilə bağlı
AÇIQ TENDER ELAN EDİR
1. Tender proseduru 29 aprel 2011-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. İddiaçı aşağıdakı tələblərə cavab verməlidir:
- ən azı 5 il ərzində fəaliyyət göstərən, hüquqi və maddi cəhətdən müstəqil olan etibarlı məsləhətçi və ya audit şirkəti olmalıdır;
- maliyyə sektorunda MHBS-nin tətbiqi və ya auditi üzrə təsdiq oluna bilən geniş təcrübəyə və bacarıqlara malik olmalıdır;
- mərkəzi bankların və ya kredit təşkilatlarının/maliyyə institutlarının MHBS-yə uyğun hesablar planı, mühasibat uçotu qaydaları və ya MHBS əsasında hesabatlılıq prosesinin hazırlanması/təkmilləşdirilməsi və tətbiqi üzrə geniş təcrübəyə malik olmalıdır;
- Azərbaycan bank sektoru və mühasibat uçotu üzrə hərtərəfli məlumatlara, habelə MHBS-yə uyğun maliyyə hesabatlarının hazırlanması proseslərinə dair dərin praktiki biliklərə və müvafiq təcrübəyə malik olmalıdır.
3. Yuxarıda qeyd olunan təcrübəyə malik olmayan iştirakçılar tenderdə iştirak edə bilməzlər.
4. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tender təklifi. Təklif 14 iyun 2011-ci ilədək qüvvədə olmalıdır;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, audit aparmaq hüququ verən xüsusi razılıq (lisenziya) və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
- iddiaçı hüquqi şəxs olmadıqda baş idarənin onun tenderdə iştirakına rəsmi razılığı və tender təkliflərinin verilməsinə səlahiyyətli nümayəndəsinin müəyyən edilməsi barədə sənəd;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması (xarici iddiaçılar bu barədə məlumatı özləri rəsmi şəkildə təqdim etməlidirlər) haqqında vergi orqanının arayışı;
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
- tenderin əsas şərtlər toplusunda iddiaçıya dair tələblərə uyğunluğu barədə məlumatlar.
5. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 28 aprel 2011-ci il saat 15.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 19 aprel 2011-ci il saat 15.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
6. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikasının Mərkəzi Bankı, kod 501004, müxbir hesab №-si 0148010001944, SWİFT kodu NABZAZ2C, VÖEN 9900071001, hesablaşma hesab №-si 0170690001944.
7. Layihənin aparılma yeri: Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binası.
8. Layihənin başlanma vaxtı: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 5 (beş) bank günündən gec olmayaraq.
9. İşlərin görülməsi müddəti: ən geci bir il müddətində.
10. Qiymətləndirmə meyarları: maliyyə amili, şirkətin və layihə üzvlərinin təcrübəsi.
11. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından tenderin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Əkbərova İlahə (maliyyə idarəetməsi departamentinin əməkdaşı);
Telefon: (+99412) 493-11-22 (4-89).

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında