Xaçmaz Rayon İcra Hakimiyyəti

Xaçmaz Rayon İcra Hakimiyyəti
AÇIQ TENDER ELAN EDİR
Tender 3 (üç) lot üzrə keçirilir.
Lot-1. Xaçmaz şəhərində abadlıq işlərinin satınalınması.
Lot- 2. Xaçmaz şəhərində mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması.
Lot- 3. Xaçmaz şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi-10, əlaqələndirici şəxs A. Mərdanovdan (telefon 5-53-34) ala bilərlər.
Lot-1. İştirak haqqı - 150 AZN
Lot-2. İştirak haqqı - 50 AZN
Lot-3. İştirak haqqı - 200 AZN Təşkilat: Xaçmaz Rayon İcra Hakimiyyəti
Xaçmaz YXO
Hesab: 0132030003944
VÖEN: 7700122901
Bank: "Atabank" ASC Xaçmaz filialı
Kodu: 509266
VÖEN: 9900006651
Müxbir hesab: 137010032944
S. W.İ.F.T. ATA ZAZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 18 aprel 2011-ci il saat 18.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tender təkliflərini və bank zəmanətlərini 19 aprel 2011-ci il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 10 nömrəli ünvanda yerləşən Xaçmaz Rayon İcra Hakimiyyətində 20 aprel 2011-ci il saat 12.00-da açılacaqdır.
Tender proseduru "Dövlət Satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

TENDER KOMİSSİYASI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında