“Azalternativenerji” MMC Qobustan Hibrid Elektrik Stansiyasında təmir, profilaktika, ölçü-sınaq işlərinin və Sahil Günəş Elektrik Stansiyasının 6 kilovoltluq gərginlikdə elektrik şəbəkəsinə qoşulması işlərinin satınalınması üçün

AÇIQ   TENDER   ELAN   EDİR

 

Tender 2 (iki) lot üzrə keçirilir.

Lot-1. Qobustan Hibrid Elektrik Stansiyasında təmir, profilaktika və ölçü-sınaq işlərinin satınalınması.

Lot-2. 518 saylı 110/35/6 kilovoltluq yarımstansiyadan çıxan 2 dövrəli 6 kilovoltluq Ümid qəsəbə hava elektrik verilişi xəttindən Sahil Günəş Elektrik Stansiyasına 950 metr uzunluğunda 2 dövrəli 6 kilovoltluq elektrik verilişi xəttinin quraşdırılması işlərinin satınalınması.

İştirak haqqı lot-1 - 400 manat, lot-2 isə 200 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

“Azalternativenerji” MMC

VÖEN: 1701463051

H/h: AZ20IBAZ38020019441852651204

Bank: ABB-nin Mərkəz Filialı

Kod: 805722

VÖEN: 9900001881

M/h: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T. BİK: IBAZAZ2X

Tender iştirakçıları təklifləri möhürlənmiş, imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29 nömrəli ünvanda “Azalternativenerji” MMC-nin inzibati binasından (əlaqələndirici şəxs: Məmmədova Tamila Kamal qızından, telefon: (012) 488-01-36, daxili: 124 və ya 126) ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər:

- tikinti-quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;

- müəssisənin maddi-texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;

- elektrik stansiyalarının təmiri və texniki xidmət sahəsində iş təcrübəsi olan müəssisələrə üstünlük veriləcəkdir.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla), 21 may 2018-ci il saat 15.00-dək, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30 may 2018-ci il saat 16.00-dək Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 31 may 2018-ci il saat 16.00-da Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29 nömrəli ünvanda

“Azalternativenerji” MMC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında