“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elmi-istehsalat bərpa emalatxanası

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Böyük Qala küçəsi 55 nömrəli ünvanda yerləşən “Turizm İnfrastrukturu Mərkəzi” (II mərhələ) obyekti üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin satınalınması üçün

 

AÇIQ   TENDER   ELAN   EDİR

 

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları abidə olan binalarda tikinti-quraşdırma işləri üzrə təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot-1: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Böyük Qala küçəsi 55 nömrəli ünvanda yerləşən “Turizm İnfrastrukturu Mərkəzi ” (II mərhələ) obyekti üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin satınalınması.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elmi-istehsalat bərpa emalatxanasından (Bakı şəhəri, Müslüm Maqomayev küçəsi 28) ala bilərlər (əlaqələndirici şəxs: Ramin Mirzəbəyov, telefon: (012) 437-30-49.)

VÖEN: 1700811061

Hesab: AZ16İBAZ38060019446075469204

Bank: “Azərbaycan Beynəlxalq Bankı” Mərkəz filialı

Kod: 805722

VÖEN (bank): 9900001881

M/h: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildə ki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub- olmamasına dair arayış.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 8 may 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17 may 2018-ci il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanasına ( Bakı şəhəri, Müslüm Maqomayev küçəsi 28) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 21 may 2018-ci il saat 11.00-da elmi-istehsalat bərpa emalatxanasının inzibati binasında – Bakı şəhəri, Müslüm Maqomayev küçəsi 28 nömrəli ünvanda açılacaqdır.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında