Yevlax Şəhər İcra Hakimiyyəti

Yevlax Şəhər İcra Hakimiyyəti Yevlax şəhərində Nizami prospekti, 51 və 53 nömrəli ünvanlarda 20 mənzilli yaşayış evinin tikintisinin aparılması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tenderin predmeti: Yevlax şəhərində Nizami prospekti 51 və 53 nömrəli ünvanlarda 20 mənzilli yaşayış evinin tikintisi.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 100 (bir yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Yevlax Şəhər İcra Hakimiyyətinin tender komissiyasından ala bilərlər.
Binanın tikintisi 2011-ci il dekabrın 31-dək başa çatmalıdır.
İştirak haqqı Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyətinin ABB ASC-nin Yevlax filialındakı hesabına köçürülməlidir.
Əlaqələndirici şəxsin telefonu: 6-49-76, Qurban Alıyev
VÖEN 2200074151
Yevlax ŞİH
VÖEN 2200103611
Yevlax YXO
ABB ASC-nin Yevlax filialı
Kod 509277
VÖEN 9900001881
m/h 0137010002944
H/h 33205019449716753268
S.W.İ.F.T. Bik:İBAZAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-iş qrafiki;
-tender təklifi qiymətinin 2 (iki) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonrakı 60 bank günü ərzində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) 15 aprel 2011-ci il saat 17:00-a qədər, bank zəmanəti və tender təklifini isə möhürlənmiş ikiqat zərfdə 22 aprel 2011-ci il saat 17:00-a qədər Yevlax şəhəri Azərbaycan küçəsi, 3 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təkliflər 25 aprel 2011-ci il saat 15:00-da Yevlax şəhəri, Azərbaycan küçəsi, 3 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında