Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü münasibətilə müsabiqə elan edir

Müsabiqənin keçirilməsi gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, onların dünyagörüşünü və sərhəd xidmətinə mara­ğını artırmaq, Dövlət Sərhəd Xidmətinin əldə etdiyi nailiyyətlərin, sərhəd xidmətinin xüsusiyyətlərinin, cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhədlərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin, ənənələrin yaşadılması məqsədini daşıyır.

Müsabiqə bədii ədəbiyyat (şeir, hekayə), təsviri sənət (rəngkarlıq), qəzet məqaləsi və “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazısı nominasiyaları üzrə keçirilir.

Müsabiqənin şərtləri:

1. Müsabiqənin bədii ədəbiyyat (şeir, hekayə), təsviri sənət (rəngkarlıq) və qəzet məqaləsi nomina­siyasında yaşından asılı olmayaraq bütün yaradıcı şəxslər, “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsində sərhədyanı rayonların orta məktəblərinin 10-cu sinif şagirdləri iştirak edə bilərlər.

2. Bədii ədəbiyyat (şeir, hekayə), təsviri sənət (rəngkarlıq) və qəzet məqaləsi nominasiyasında təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydaya əlavə olunur) və zərfə qoyulur. Həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunur. Təsviri sənət üzrə iştirakçılar müsabiqəyə 90 x 70 santimetr ölçüdən kiçik olmamaqla əsərlər təqdim etməlidirlər. Əsərlər kətan parça üzərində çəkilməli və çərçivəyə salınmalıdır. Əsərlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2018-ci il mayın 22-dək Dövlət Sərhəd Xidmətinin şəxsi heyət üzrə baş idarəsinə təqdim edilməlidir.

3. İnşa yazısı 12 vərəqli dəftərdə, göy rəngli qələmlə yazılmalı, dəftərin üz hissəsində şagird haqqında məlumat (şagirdin adı, soyadı və atasının adı, rayon və məktəb haqqında məlumat və əlaqə telefonu) qeyd olunmalıdır. Müsabiqənin keçirilməsi və qiymətləndirilməsi üçün hərbi hissələrdə rayon təhsil şöbələri ilə birgə xüsusi komissiyalar yaradılır. Komissiyalar 3 (üç) ən yaxşı inşa yazısını qiymətləndirir və 2018-ci il mayın 22-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə təqdim edirlər.

4. Təqdim olunan bütün əsərlərdə Azərbaycan Sərhəd Mühafizəsi tərənnüm edilməli, əsərlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.

5. Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyi­nin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və Mətbuat Şurasının nümayəndələrindən ibarət komissiya yaradılır, komissiya hər nominasiya üzrə 3 (üç) ən yaxşı əsəri seçir və qalibləri müəyyən edir.

6. Müsabiqənin nəticələri Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 99-cu ildönümü ərəfəsində elan ediləcəkdir.

7. Müsabiqə ilə bağlı yaranmış suallarla əlaqədar iştirakçılar hərbi hissələrin şəxsi heyət üzrə şöbələrinə və Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə müraciət edə bilərlər.

Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:

Bədii ədəbiyyat üzrə:

Şeir

I yer – 1-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı.

II yer – 2-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Hekayə

I yer – 1-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı.

II yer – 2-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Təsviri sənət üzrə:

Rəngkarlıq

I yer – 1-ci dərəcəli diplom və 700 (yeddi yüz) AZN məbləğində pul mükafatı.

II yer – 2-ci dərəcəli diplom və 600 (altı yüz) AZN məbləğində pul mükafatı.

III yer – 3-cü dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı.

Qəzet məqaləsi üzrə:

I yer – 1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

II yer – 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı.

III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

İnşa yazısı üzrə:

I yer – 1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

II yer – 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı.

III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 30, Dövlət Sərhəd Xidməti Aparatının inzibati binası

Əlaqə telefonları: 012 498-01-55, 012 498-01-29, 050 271-47-14.

Müsabiqə iştirakçısının anketi (nümunə)

______________________________________

(soyadı, adı, atasının adı)

Doğum tarixi ___________________________

Təhsili ________________________________

İş yeri, vəzifəsi _________________________

Ünvan, telefon (ev, iş, mobil) ______________

Müsabiqəyə təqdim olunan işlər

1. ____________________________________

2. ____________________________________

(əsərin adı)

İşi təhvil verdi: _________________________

İşi təhvil aldı: _________________________

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında