Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin təcili yardım avtobazası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin təcili yardım avtobazası
2011 - ci ildə avtomobil ehtiyat hissələrinin satınalınması üçün
AÇIQ TENDER ELAN EDİR
Tender 4(dörd) lot üzrə keçirilir:
Lot 1. "Mercedes Vito" və "Mercedes Sprinter" təcili yardım avtomaşınları üçün ehtiyat hissələrinin satınalınması.
Lot 2. Rusiya istehsalı olan "Qazel", "Sobol", "UAZ", "Volqa" və sair markalı avtomaşınlar üçün ehtiyat hissələrinin satınalınması.
Lot 3. Avtomaşınlar üçün avtoşin və akkumulyator batareyalarının satınalınması.
Lot 4 . "Mercedes Vito" və "Mercedes Sprinter" avtomaşınlarının diaqnostikası, ehtiyat hissələrinin bərpası, kondisionerlərin təmiri və doldurulması, sayrışan işıqların təmiri və xətdə texniki xidmət işlərinin aparılması.
İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Üstünlük veriləcək meyarlar: ən sərfəli qiymət, yüksək keyfiyyət (oricinal ehtiyat hissələri), texniki imkan, bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların cədvələ uyğun təhvili.
Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının hesablaşma hesabına hər bir lot üçün 150 manat məbləğində iştirak haqqını ödədikdən sonra 8 aprel 2011-ci il tarixədək Bakı N.Quliyev küçəsi 5 nömrəli ünvanda əlaqələndirici şəxs A.Cəfərlidən ala bilərlər:
Azərbaycan Respublikası Beynəlxalq Bankı Nəsimi filialı
Kod: 805614
M/H: 0137010002944
VÖEN: 9900001881
İBAZAZ2X
Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin 8 saylı Xəzinədarlıq İdarəsi
H/H: 33205019449702001207
VÖEN: 1401555911
Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının tenderində iştirak haqqı.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);
-iştirak haqqının ödənilməsi barədə sənəd;
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 2% həcmində bank təminatı(tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 8 aprel 2011-ci il tarixdən gec olmayaraq Təcili Yardım Avtobazasının tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini bir ədəd əsli, bir ədəd surəti ikiqat qapalı zərfə qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 18 aprel 2011-ci il saat 17:00-a qədər tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan iddiaçılara qaytarılacaqdır. Təklif zərfləri 19 aprel 2011-ci il saat 11:00-da Təcili Yardım Avtobazasında açılacaqdır. Tender proseduru "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq keçiriləcəkdir. Telefon: 541-54-80

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında