Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti
AÇIQ TENDER ELAN EDİR
Tender 5 (beş) Lot üzrə keçirilir :
Bakı şəhəri Ziya Bünyadov prospektində
yol infrastrukturunun yenidən qurulması.
Lot 1. Ziya Bünyadov prospekti ilə Əbdül Vahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində yol qovşağının tikintisi.
Lot 2. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi.
Lot 3. Ziya Bünyadov prospekti ilə Əlyar Əliyev küçəsinin kəsişməsində yerləşən dəmir yolu xətti üzərində yol qovşağının reabilitasiyası işləri.
Lot 4. Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi.
Lot 5. Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində tunelin tikintisi.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 2000 manat məbləgində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 72/4 nömrəli ünvandan ala bilərlər.
Əlaqələndirici şəxs : Rəhimov Əliəşrəf Nuru oğlu ( tel: 012 4935138, e-mail: [email protected] )
Təşkilat: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Satınalmalar Şöbəsi
Bank: "Kapital Bank"ın Rabitə filialı
Hesab: 38060019441801833118 (AZN)
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab: 0137010001944
S.W.İ.F.T BİK: AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 5 aprel 2011-ci il saat 17:00-a qədər tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi ;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifləri dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənislərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış:
- iddiaçıların son beş ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son beş ildəki maliyyə vəziyyəti haqqında bank arayışı ;
- iddiaçının tam adı , hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tender təkliflərini bank zəmanəti ilə birlikdə yuxarıda göstərilən sənədləri möhürlənmiş, ikiqat zərfdə 2011-ci il aprelin 12-də saat 17:00-a qədər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 13 aprel 2011-ci il saat 12:00-da Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətində açılacaqdır.
İddiaçıların nümayəndələri iştirak edə bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında