AÇIQ TENDER ELAN EDİR
Tender 5 lot üzrə keçirilir.
Lot-1. Qalib qrant layihəsi üzrə qeyri-maddi aktivin satınalınması.
Lot-2. Qalib qrant layihəsi üzrə istifadə üçün avadanlığın satınalınması.
Lot-3. Qalib qrant layihəsi üzrə istifadə üçün avadanlıqların satınalınması.
Lot-4. Qalib qrant layihəsi üzrə istifadə üçün qeyri-maddi aktivlərin satınalınması.
Lot-5. Elmin İnkişafı Fondunun icraçı direksiyası üçün avadanlığın satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini yazılı surətdə, möhürlənmiş, imzalanmış ikiqat bağlamada təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, ən qısa müddət ərzində çatdırılma, mallara maksimum zəmanət və analoji işlərdə təcrübə.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Səfərov küçəsi 27, 9-cu mərtəbə (tender komissiyası, telefon- 489-08-94, səlahiyyətli şəxs: Ədilə Babayeva) ala bilərlər.
İştirak haqqı 1-ci lot üçün - 20 manat, 2-ci və 3-cü lotun hər biri üçün 35 manat, 4-cü lot üçün - 20 manat və 5-ci lot üçün isə - 5 manatdır.
İddiaçılar tenderdə iştirak haqqını bu hesaba köçürməlidirlər:
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
VÖEN: 1701102761
Dövlət Xəzinədarlığı Agentliyi
Bankın VÖEN-i: 1401555071
H/h: AZ29CTRE00000000000005428301
M/h: AZ41NABZ01360100000000003944
Bankın kodu: 210005
S.W.I.F.T. CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) (iştirak edəcək satınalma predmeti dəqiq göstərilməklə);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydada təsdiq edilmiş surətləri, iddiaçının tam rəsmi adı və rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
- iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının işləri yerinə yetirmək üçün təcrübəsi və potensial imkanları və tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat;
- malların mənşə və keyfiyyət sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 17 may 2018-ci il saat 11.00-a qədər, tender təklifi və tender təklifinin bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 may 2018-ci il saat 17.00-a qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna (Bakı şəhəri, Y.Səfərov küçəsi 27, 9-cu mərtəbə) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
İddiaçıların təklifləri 25 may 2018-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.