Azərbaycan xalqına qarşı erməni-daşnak vəhşilikləri

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Qədim tarixə, zəngin mədəniyyətə malik, sivilizasiyanın ilk beşiklərindən olan Azərbaycan həmişə özünün tolerantlığı, müxtəlif dinlərə, millətlərə məxsus adamların mehriban ailə kimi yaşadığı məkan olmuşdur. Azərbaycanda atəşpərəstlik və yəhudilik, İslam və xristianlıq yanaşı mövcud olub. Odlar yurdu bir çox  xalqların və dinlərin nümayəndələrinin Vətənidir.

Respublikamız tolerantlığa və dini dözümlülüyə görə unikal bir ölkədir. Təsadüfi deyildir ki, respublika Prezidenti İlham Əliyev bunu əsas götürərək, 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir.

Təəssüflə qeyd edək ki, çar Rusiyası müxtəlif xalqların mehriban ailə kimi yaşadıqları Azərbaycana 200 il öncə erməniləri köçürməklə  burada qanlı faciələrin əsasını qoydu. Rusiya Yaxın Şərqi ələ keçirmək siyasətini reallaşdırmaq üçün xristian amilinə xüsusi diqqət yetirmiş, I və II Rusiya-İran və Rusiya – Türkiyə müharibələri dövründə erməniləri kütləvi şəkildə Qafqaza, ələlxüsus, Azərbaycan ərazisinə köçürmüşdür. Özlərini əzabkeş, yazıq millət kimi təqdim edən ermənilər 200 il ərzində xalqımıza qarşı dəfələrlə terror və soyqırımları törətmişlər.

Qırx ildən artıq “Kavkazskaya qazeta”nın naşiri işləmiş görkəmli tarixçi Veliçko göstərir ki, ermənilər əzəldən riyakar xalqdır, olduqca “xaindirlər”. Ermənilər çox çirkin hiyləbazdırlar, biabırçı rəzildirlər,  yaramaz və alçaqdırlar". Onun 119 il öncə nəşir edilən “Qafqaz” kitabında ermənilərin yaramaz, alçaq məxluq olmaları barədə Tatsit, Puşkin, Nekrasov və başqa müəlliflərin fikirləri verilir, dələduzluq, satqınlıq, terrorçuluq sahəsindəki əməlləri nəzərə çatdırılır.

Dünya ictimaiyyətini aldadan, azərbaycanlılar və türklərin qaniçən xalq olmaları barədə zərərli fikirlər yayan ermənilərin bəd əməllərini ifşa etmək sahəsində az iş görülüb.

Ermənilər VIII əsrdə Balkanlardan kiçik Asiyaya köçmüşlər. Uzun müddət Qafqazda onların sayı çox az olub. Çar Rusiyası Yaxın Şərqi ələ keçirmək siyasətini reallaşdırmaq üçün xristian amilindən istifadə etmiş, XIX yüzilliyin əvvəllərindəki İran və Türkiyə ilə apardığı müharibələr dövründə ermənilərin kütləvi şəkildə Cənubi Qafqazda, xüsusilə Azərbaycan ərazisində yerləşdirmişdir.

XIX əsrin əvvəllərində Naxçıvan və İrəvan xanlıqları Rusiyaya birləşdirildi. Həmin vaxt hər iki xanlığın ərazisində “erməni əyaləti” yaradıldı. Halbuki, burada əhalinin 73,8 faizini azərbaycanlılar təşkil edirdi.

Elə o illərdə ermənilər Zaqafqaziyanı sırf erməni ərazisinə çevirmək üçün hər cür zorakılıqlara əl atdılar. Çar Rusiyasının himayəsindən istifadə edən ermənilər dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyasına düşərək, azərbaycanlılara və türklərə qarşı qətliamlar törətdilər.

XIX yüzilliyin sonlarında— 1885, 1887 və 1889-cu illərdə üç şovinist erməni partiyasının təşkili ilə azərbaycanlılara, türklərə və kürdlərə qarşı erməni terroru və soyqırımları daha da kəskinləşdi. “Daşnaksütyun” partiyasının “İstənilən şəraitdə türkləri qırmaq” şüarı gələcək kütləvi terrordan xəbər verirdi. “Daşnaksütyun” bəyan etmişdi ki, dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq erməni xalqının arzusu yox, tələbidir. Bu ideyanı həyata keçirmək üçün erməni caniləri XX yüzilliyin əvvəllərində xalqımıza qarşı açıq terrora başladılar. 1903-cü ildə Bakıda və Şuşada xeyli sayda azərbaycanlı erməni terrorunun qurbanı oldu.

Tarixçi alimlərin hesablamalarına görə, XX yüzillikdə ermənilər azərbaycanlılara qarşı 4 soyqırımı və 850-dən artıq terror, qırğın əməliyyatı keçirərək 2 milyondan çox soydaşımızın həyatına son qoymuş, onların əmlak və varidatını mənimsəmişlər. I soyqırımı 1905-1907-ci illəri, II soyqırımı 1918-1920-ci illəri, III soyqırımı 1947-1956-cı illəri, IV soyqırımı isə 1988-ci ilin əvvəllərindən indiyə qədərki, dövrü əhatə edir.

Bakıda böyük mənfəət əldə edən erməni kapitalistləri Mantaşev, Taqionosov, Lalayev, Qukasyan, Xatisov və digərləri erməni terrorçularını səxavətlə maliyyəşdirərək, xalqımıza qarşı silahlı mübarizəyə sövq etmişdilər.

1905-1907-ci illərin Rus inqilabı zamanı baş verən hərc-mərclikdən istifadə edən “Daşnaksütyun” partiyası azərbaycanlılara qarşı soyqırımı həyata keçirdi. 1905-ci il fevralın 6-9-da və avqustun 20-25-də Bakıda, 1905-1907-ci illərdə Şuşada, Gəncədə, Qazaxda, İrəvanda, Zəngəzurda dəfələrlə qırğın törədərək, 10 minə yaxın soydaşımızın həyatına son qoydu. Həmin dövrdə erməni quldurlar bir neçə yüz azərbaycanlı kəndini qarət edərək yandırmışdılar. Hər yerdə cinayət törədənlər ermənilər olduğu halda, çar məmurları buna görə onları yox, azərbaycanlıları ittiham edirdilər.

Erməni terroru və qətliamları I Dünya müharibəsi illərində daha geniş xarakter aldı. Dünyanın iri dövlətləri, o cümlədən Rusiya tərəfindən dəstəklənən ermənilər Osmanlı Türkiyəsi və Azərbaycan ərazilərində qanlı cinayətlər törətdilər.

Amerika tarixçisi Stenford C.Şou “Osmanlı İmperiyasının tarixi” kitabında yazır ki, I Dünya müharibəsinin bütün gedişində ermənilərin türkləri vəhşicəsinə qırması davam etmişdir. Onlar Türkiyənin 5 vilayətində kütləvi surətdə türk və kürd öldürmüşlər. Kəndlər büsbütün qarət olunmuşdu. Belə bir  cinayətə cavab olaraq Türkiyə hökuməti 24 aprel 1915-ci ildə bütün erməni komitələrinin—terror təşkilatlarının bağlanması barədə sərəncam verdi.

Türkiyəni ələ keçirməyə can atan Rusiya və Qərbin iri dövlətləri ermənilərin bu cinayətlərini ört-basdır etdilər. Türkiyəni əsassız olaraq “erməni soyqırımı”nda günahlandırdılar. Əslində, soyqırımına məruz qalanlar türklər olmuşlar. Qeyd etmək vacibdir ki, çar Rusiyasının antiazərbaycan, antitürk siyasətini Sovet hökuməti də davam etdirdi. V.İ.Leninin rəhbərlik etdiyi Sovet hökuməti daşnakların azərbaycanlılara qarşı törətdikləri cinayətləri dəstəkləyərək ona bəraət qazandırdı. Sovet hökumətinin 29 dekabr 1917-ci il tarixli “Türkiyə Ermənistanı haqqında” dekreti buna əyani sübutdur. Dünya inqilabi ideologiyasını təbliğ edən bu sənəd rəsmi olaraq Türkiyə ərazisində erməni terrorçu təşkilatların cinayətkar fəaliyyətini qanuni hesab etmək məqsədi güdürdü.

V.İ.Lenin antitürk dekretin həyata keçirilməsinə rəhbərliyi cinayətkar S.Şaumyana həvalə etmişdi. Onun mandatından sui-istifadə edən Şaumyan cinayətkar Andranik, Dro, Njde, T.Əmirov, S.Lalayev və başqa terrorçuların əli ilə azərbaycanlıların və türklərin soyqırımlarını davam etdirdilər.

1918-1920-ci illərdə ermənilər Naxçıvan və Zəngəzurda, habelə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı dəhşətli cinayətlər törətdilər. Həm də beynəlxalq ictimaiyyətin diqqətini çaşdırmaq məqsədilə ABŞ-da “Ermənistanın müraciəti”ni yaydılar. Həmin müraciətdə deyilirdi ki, xristian aləmi Ermənistanı xilas etmək üçün birləşməlidir.

1918-ci ilin mart-may aylarında S.Şaumyanın rəhbərliyi altında erməni daşnakları Bakıda, Şamaxıda, Quba-Xaçmaz bölgəsində, Lənkəranda, Göyçayda və digər yerlərdə azərbaycanlılara qarşı dəhşətli vəhşiliklər törətdilər. Təkcə Bakıda 18 min, digər ərazilərdə isə 65 mindən artıq azərbaycanlı, ləzgi, kürd, yəhudi qətlə yetirildi. Erməni vandalları qocaları, uşaqları, qadınları, xəstə insanları tonqallarda yandırdılar. Eyni zamanda, ən qiymətli arxitektura incilərini, o cümlədən “İsmailiyyə” binasını dağıtdılar.

N.Nərimanov Şaumyanın başçılığı ilə təşkil edilən soyqırımını pisləyərək, 4 aprel 1918-ci ildə yazırdı ki, silah gücünə əldə edilmiş hakimiyyət xalq tərəfindən müdafiə edilmədikdə uzun müddət yaşaya bilməz. Bu fikir öz təsdiqini tapdı. Şaumyanın başçılıq etdiyi Bakı Komissarlığı devrildi.

Komissarları həbs edən ingilis hərbi hissələri Şaumyanın çemodanında 8 milyon manat qızıl pul ələ keçirmişlər. Xalqımızın əmlakı hesabına əldə edilən bu çirkli pul hesabına Şaumyan və Mikoyan güllələnən komissarlar arasında olmamışdılar. Görkəmli tarixçi alim, professor Y.Mahmudovun müəyyənləşdirdiyinə görə, komissarların güllələnməsindən xeyli sonra Krasnovodsk dustaqxanasında Şaumyan və Mikoyan saxlanmış və ərzaqla təmin edilmişdilər.

AXC 1919-cu və 1920-ci illərdə ilk dəfə olaraq martın 31-ni ümumi matəm günü kimi  qeyd etdi. Əslində, bu, ermənilərin törətdiyi soyqırımına verilən ilk siyasi-hüquqi qiymət idi.

1918-1920-ci illərdə təkcə Azərbaycanda 100 minə qədər soydaşımız ermənilər tərəfindən qətlə yetirilmişdir. Zəngəzurda 115, Qarabağda 157, Quba-Xaçmazda 122, İrəvan quberniyasında 211, Gəncə ətrafında 172, digər yerlərdə 133 yaşayış məntəqəsinin əhalisi soyqırımına məruz qalmış, kəndlər talan edilərək yandırılmışdı.

AXC milli məsələyə dair öz proqramını həyata keçirib, 1919-cu ilin avqustunda Qarabağ ermənilərinə milli-mədəni muxtariyyət verdi. Bunu vurğulayan, AXC hökumətinin sədri Nəsib bəy Yusifbəyli demişdir: Qafqazda ilk dəfə biz belə bir nümunə göstərdik və ümid edirik ki, qonşularımız da belə edəcəklər. Lakin ermənilər bunun əksinə hərəkət etdilər, 1919-cu ilin son aylarında Ermənistanın 4 qəzasında azərbaycanlıların yaşadığı 50 kəndi talan edib, əhaliyə divan tutdular. Zaqafqaziya seymi 9 aprel 1918-ci ildə Zaqafqaziya Federativ Demokratik Respublikasının müstəqilliyini elan etdiyi zaman bu qərarı Azərbaycan və gürcü nümayəndələri müdafiə etdilər. Erməni nümayəndələri isə onun əleyhinə getdilər, Zaqafqaziyanın Rusiya tərkibində qalmasına tərəfdar çıxaraq onu dəstəkləmədilər.

AXC yaradılarkən 29 may 1918-ci ildə Azərbaycana məxsus İrəvan şəhəri 9 min kvadratkilometr ərazisi ilə Ermənistana o şərtlə verildi ki, ermənilər azərbaycanlıları qırmağa son qoyacaqlar. Lakin ermənilər bu vədlərinə də naxələf çıxdılar.

AXC-nin süqutundan sonra Azərbaycanı tərk edib Gürcüstana getməyə məcbur olan AXC-nin görkəmli xadimlərindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev ermənilər tərəfindən qətlə yetirilmiş, Xəlil bəy Xasməmmədov ağır yaralanmışdı.

Zorakı yolla Azərbaycan torpaqlarını işğal etməyə səy göstərən Ermənistan sovet hakimiyyətinin qələbəsindən sonra onu Kremlin himayəsi ilə ələ keçirməyə  can atdı. 1921-ci il iyunun əvvəlində Ermənistan rəhbərliyi Dağlıq Qarabağın Ermənistana qatılması məsələsini irəli sürdü. Bu məsələ müzakirə edilərkən S.Orconikidze və S.M.Kirov açıq şəkildə antiazərbaycan mövqeyi tutaraq, Qarabağın Ermənistana verilməsi ilə bağlı razılığa gəldilər. Lakin Azərbaycan hökumətinin başçısı N.Nərimanovun qəti təkidi və tələbi ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən alınıb Ermənistana birləşdirmək cəhdi rədd edildi, Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması təsdiqləndi.

N.Nərimanov elə 1920-ci illərin əvvəlində cəsarətlə Kremlin antiazərbaycan siyasətini pisləyərək demişdi: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir”.

1920-1921-ci illərdə Azərbaycanın partiya, sovet və inzibati orqanlarında rəhbər vəzifələrə soxulmuş ermənilərin əli ilə 48 min azərbaycanlı, özü də millətin ən qeyrətli övladları məhv edilmişdir. Bu proses 30-cu illər repressiyası dövründə inzibati orqanlarda yuva salmış xain xislətli ermənilər tərəfindən daha kəskin şəkildə  davam etdirilmişdir.

Eyni zamanda, 30-cu illərdə Qərbi Azərbaycanın Vedibasar, Zəngibasar, Qəmərli, Ağbaba və digər bölgələrinin 50 mindən artıq azərbaycanlı əhalisi Qazaxıstan çöllərinə sürgün edilmiş və onların çoxu həlak olmuşdur. Sovet totalitar sistemi şəraitində azərbaycanlıların Ermənistandan dövlət səviyyəsində köçürmə adı ilə deportasiyası davam etdirilmişdir. A.Mikoyanın təşəbbüsü və Stalinin razılığı ilə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci ildə “Ermənitan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında qərar qəbul etdi. Az sonra – 10 mart 1948-ci ildə isə həmin sənətin davamı kimi qəbul edilən başqa qərara əsasən 150 mindən artıq azərbaycanlı tarixi-etnik torpaqlarından-Qərbi Azərbaycandan deportasiya olundu.

Azərbaycanlılar çox gözəl iqlimə malik ata-baba yurdlarından zorla deportasiya edilərək, evsiz-eşiksiz Muğan çöllərinə səpələndikdə çox çətin vəziyyətdə qaldılar, 10 min nəfər tələf oldu.

Totalitar rejim azərbaycanlıların bu ədalətsizliyə qarşı çxışlarını amansızlıqla boğdu. Ulu öndər Heydər Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarının kütləvi surətdə deportasiyası haqqında” fərmanında bu soyqırımı siyasətinə dəqiq qiymət verilmişdir. Orada deyilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.

İngilis jurnalisti 1919-cu ildə yazmışdır ki, “Daşnaksütyun” partiyası yaşadıqca ermənilər ərazi iddiasından əl çəkməyəcəklər. Bu fikir 100 ildir ki, öz təsdiqini tapmaqdadır.

1985-ci ildən SSRİ-də hakimiyyətə gələn M.Qorbaçov açıq şəkildə erməni separatizimini və ekspansiyasını dəstəkləyərək, antiazərbaycan siyasəti yeritməyə başladı. Onu əhatə edən Şahnazarov, Aqanbekyan, Osipyan, Sitaryan və digər sovinistlərin təzyiqi ilə Heydər Əliyevin SSRİ rəhbərliyində yüksək vəzifələrdən kənarlaşdırılması erməni  ekspansiyasına “yaşıl işıq” yandırmaq  planının tərkib hissəsi idi.

SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi  sədrinin sabiq I müavini F.Babkov “DTK  və hakimiyyət” adlı  kitabında  yazır ki, M.Qorbaçovun  hakimiyyətə  gəlməsilə  Ermənistanda  və Dağlıq  Qarabağda  şovinizm  və  separat  meyili  gücləndi.  Millətçi  partiyalar açıq fəaliyyətə  başlayaraq,  Azərbaycana qarşı ərazi  iddiaları  irəli  sürdülər.  Onun  təhlükəli  nəticələr verəcəyini  Qorbaçova  bildirdikdə, o, bunun “yenidənqurmanın”  labüd  şərtlərindən  biri  olduğunu vurğulayaraq açıq  şəkildə  erməni  ekspansiyasını  dəstəklədi.  Bununla  da  azərbaycanlılara  qarşı  erməni  quldurlarının  mübarizəsi gücləndi. Az vaxtda  Ermənistanda yaşayan 220 mindən çox,  Dağlıq  Qarabağdakı 50 mindən  artıq  azərbaycanlı  öz ata-baba yurdlarından qovuldular.

Keçən  əsrin 80-ci  illərinin sonlarında  Azərbaycanda  totalitar Sovet  rejiminə  qarşı  güclənən  milli  azadlıq  hərəkatının,  habelə  Qorbaçovun  dəstəklədiyi  erməni  ekspansiyasına  qarşı  mübarizənin  güclənməsi  Kremli  bərk  qorxuya  saldı.   Azərbaycanın o zamankı  rəhbərləri  öz  vəzifələrini  saxlamaq  naminə  Bakıya qoşun  yeridilməsinə  razılıq  verdilər.  Yanvarın 19-da saat 21-dən  SSRİ  müdafiə  naziri  D.Yazovun  şəxsən  rəhbərlik  etdiyi  bu əməliyyat yanvarın 20-də qəddarcasına  davam etdirildi.  Xeyli erməni  canisinin  iştirak etdiyi Sovet ordusunun  hücumu vaxtı 131  nəfər  öldürülmüş,  744  nəfər  yaralanmış, 400  nəfər həbs  edilmiş,  xeyli  adam itkin  düşmüşdü. 

Həmin  vaxt  Moskvada  yaşayan  Heydər Əliyev  oğlu  İlham Əliyevlə  birlikdə  Mokvadakı  Azərbaycan  nümayəndəliyinə  gəlmiş və orada çıxış  edərək  analoqu  olmayan bu  faciəyə siyasi  qiymət vermiş,  onun  təşkilatçılarını ittiham etmişdi.

20 Yanvar  qanlı hadisələri  xalqımız  üçün böyük  faciə  olmaqla yanaşı,  həm  də  azadlıq  uğrunda  aparılan  şərəfli mübarizə,  qürur  mənbəyidir.

M.Qorbaçovun  qərəzli  antiazərbaycan  siyasəti sonradan da davam etdirildi və bu,  erməni  quldurlarının  geniş miqyaslı  hərbi əməliyyatlar  aparmalarına  imkan yaratdı.  O zaman  Rusiyanın  Ermənistandakı  səfiri  işləyən  V.Stupuçin  ermənilərin  silahlanması  və hərbi  sursatla  təchiz  olunması  üçün  hər şeyi etdi.

“Ermənistanın  ekspansiyaçı siyasətini  dəstəkləyən  Rusiya 1991-ci  ilin  sonunda  bu təcavüzkar  ölkə  ilə  ”Dostluq,  əməkdaşlıq  və  qarşılıqlı  təhlükəsizlik  haqqında"  müqavilə  imzaladı.  Bununla  da  Ermənistan  Azərbaycana  qarşı  açıq-aşkar  silahlanmaq imkanı  əldə etdi.

Ermənilər torpaqlarımızda  hərbi  əməliyyatları genişləndirdikləri  halda,  Azərbaycanda  vəzifə  uğrunda  mübarizə  aparan  qüvvələr  ölkənin  müdafiəsini  unutdular.  Bundan  istifadə  edən  erməni  ekstremistlər Xocalı soyqırımını törətdilər.

Rusiyanın Zaqafqaziyadakı qoşunları komandanının  müavini,  general-leytenant  Ohanyan erməni  terrorçularına  hərtərəfli  yardım  göstərirdi. 366-cı  alayda 70-dən  çox erməni  zabiti  və giziri  fəaliyyət  göstərərək  Azərbaycan  torpaqlarının  işğalında  fəal eştirak etdi.

Ermənilər  “Krunk” erməni cəbhəsi deyilən dəstə  yaradaraq,  xarici  ölkələrdən  gətirilən  muzdluları  onun  tərkibinə  daxil etmişdilər.

 Erməni caniləri 1992-ci  il yanvarın  axırlarında  Malıbəylini,  Aşağı Quşçunu  və Yuxarı  Quşçunu  işğal etdilər,  bununla  da  Xocalı  və Şuşanın  mübarizəsi olduqca  daraldı.  Fevralın ortalarında  ermənilər Qaradağlı  kəndinə  hücum  etdilər. 4 gün  davam edən  qanlı  döyüşlərdən sonra  düşmən  kəndi ələ  keçirib  onun 92 müdafiəçisini  və 54  sakinini  vəhşicəsinə  qətlə yetirdi,  qalan  əhalisini  isə əsir götürdü. Yerli  müdafiə  dəstələri  düşmənə  qarşı  qəhrəmancasına  vuruşdular,  döyüşdə 117  nəfər şəhid oldu.

Xocalı  və Xocavənd  bölgəsində  yaranan  gərgin  vəziyyət  və kömək  göstərilməsi barədə  xalqın  respublika  rəhbərlərinə  müraciətləri  nəticəsiz  qaldı.

1999-cu  il fevralın 25-də saat 21-də  erməni  hərbi  birləşmələri, 366-cı  alay,  habelə  xaricdən  gətirilmiş  muzdlu  quldurlar  Xocalıya  basqın  etdilər,  amansız  soyqırımı  törədildi.  Şəhər  büsbütün yandırıldı.  Qaçmağa cəhd göstərənlər  isə  pusquda  duran erməni  caniləri  tərəfindən  güllələndi.

Mətbuatda  Xocalı  soyqırımında  613  nəfərin  öldürüldüyü, 1275  nəfərin  girov  götürüldüyü, 150 nəfərin itkin  düşdüyü  qeyd  olunur.  Qətlə  yetirilənlərin 63-ü  uşaq,  106-sı  qadın, 70-i  isə qoca olub.

Mayın 18-19-da  isə  Laçın  rayonu işğal  edildi.

1993-cü  il aprelin  3-də Kəlbəcər  rayonu düşmənin  əlinə keçdi. Rayonun 60  minlik  əhalisi öz yurdundan  qovuldu, 54  nəfər öldürüldü.

BMT TŞ-nın 1993-cü ildə 822  nömrəli  qətnaməsi  qəbul edilərək  erməni  işğalçılarının Azərbaycan  ərazisindən dərhal  çıxarılması  tələb edilsə də,  bu günə qədər  ona  əməl  olunmayıb.

1993-cü  il iyunun 23-24-də  erməni  ekstremistləri  Ağdam  rayonunu  işğal  etdilər, 150  minə  qədər yerli  əhali  qaçmağa  məcbur oldu.  BMT  TŞ-nin 29  iyun 1993-cü il 853 saylı  qətnaməsi  ermənilərin  işğalçılıq  əməllərini pislədi.

Avqustun 23-də  Füzuli  rayonu  işğal  edildi, 153  min  sakin  öz torpaqlarından  qovuldu.  Avqustun  25-26-da isə   Cəbrayıl  rayonunun 52  min  sakini  ata-baba  yurdlarından  qovuldu.  Erməni  caniləri avqustun 31-də  Qubadlı, oktyabrın sonunda  isə Zəngilan  rayonlarını  işğal etdilər.

BMT TŞ-nın  1993-cü  il 14  oktyabr  874  saylı  və 19  noyabr  884  saylı  qətnamələri  erməni  işğalçı  qoşunlarının  dərhal  və  qeyd-şərtsiz  Azərbaycanın  işğal   edilmiş  ərazilərindən  çıxarılmasını  tələb  etsə  də  bu qətnamələr  indiyəcən  yerinə yetirilməyib.

Avropa  Şurası  Parlament  Assambleyası 25 yanvar 2005-ci ildə  eyni  məzmunda  qətnamə  qəbul etsə də, bu  sənəd  də  kağız  üzərində  qalıb.

Erməni  təcavüzü  nəticəsində   ərazimizin 20 faizi  işğal olunmuş,  milyondan  çox saydaşımız  qaçqın və  məcburi  köçkün  düşmüş, 30 min  azərbaycanlı  qətlə yetirilmiş, 20 min  nəfəri  yaralanmış, 50 mindən çoxu  ömürlük  əlil  olmuş,  minə  yaxın  adam əsir  götürülmüş, 5 min  soydaşımız  itkin  düşmüşdür.

Ümummilli  lider  Heydər Əliyevin  “Azərbaycanlıların  soyqırımı  haqqında” 25  mart 1998-ci  il  tarixli  fərmanında deyilir: “Azərbaycanın XIX-XX  əsrlərdə  baş verən  bütün  faciələri  torpaqlarımızın  zəbti ilə  müşayiət  olunaraq,  ermənilərin  azərbaycanlılara qarşı  düşünülmüş,  planlı  surətdə həyata  keçirdiyi  soyqırımı  siyasətinin  ayrı-ayrı  mərhələlərini təşkil etmişdir”.

Fikrimizcə,  erməni  canilərinin  xalqımıza  qarşı  törətdikləri  soyqırımılarını  ifşa edən  çoxseriyalı  filmlərin  çəkilməsi  və  dünya  tamaşaçılarına  təqdim  edilməsinə ciddi ehtiyac vardır.

Xəlil KÖÇƏRLİ,
tarix elmləri  doktoru,
professor, Əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında