“Qəhrəmanlıq tariximiz”

Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş   “Qəhrəmanlıq tariximiz”  adlı tədbir keçirilib. Anım mərasiminin əvvəlində Dövlət himni səsləndirilib, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən tədris işləri üzrə prorektor, professor Telman Cəfərov 20 Yanvar  faciəsindən 28 il ötməsinə baxmayaraq, həmin məşəqqətli günlərin hər birimizin yaddaşına əbədi həkk olunduğunu bildirib. T.Cəfərov qeyd edib ki, 90-cı ilin qanlı-qadalı günündə Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirib və ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlər üzə çıxıb. İllər ötsə də 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman bizimlədir,– deyən Telman Cəfərov şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələrinin yeni nəsillərə çatdırılması, şəhid ailələrinin sosial müdafiəsi istiqamətində dövlət tərəfindən lazımi addımlar atıldığını diqqətə çatdırıb.

Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov 90-cı illərdə Azərbaycan xalqına qarşı törədilən qətliamları yada salaraq deyib ki, bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. S.Məmmədov deyib: “1990 - cı ilin 20 yanvar günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi”.

Anım mərasimində BSU tələbələri və universitet nəzdindəki Məktəb-Lisey Kompleksinin (MLK) şagirdləri 20 Yanvar faciəsinə və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında