“Azadlıq carçıları”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dənizçilərinin 28 il əvvəl 20 Yanvar faciəsi günlərində göstərdikləri böyük şücaət və qəhrəmanlığından bəhs edən “Azadlıq carçıları” adlı sənədli filmi hazırlanıb.

Filmdən bəlli olur ki, sovet hərbi gəmilərinin hərəkətinə yol verməmək üçün Bakı buxtasına gedən yolu kəsən Azərbaycan dənizçiləri bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq geri çəkilmirlər.

“Sabit Orucov“ gəmisində qərargah və 7 kapitandan ibarət Kapitanlar Şurası yaradılır. “SOS!” siqnalı vermək qərarına gələn dənizçilərin hazırladıqları mətn Azərbaycan, rus və ingilis dillərində yayımlanır.

Yanvarın 20-si səhər saat 11.30-dan 21-nə keçən gecəyədək 4 dəfə təkrar olunan “SOS!” siqnalının ilk mətninin əks-sədasını dənizçilər bir saatdan sonra Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən verilən radioqramlardan alırlar. 50-dən çox ölkənin dənizçisi radioqramlarla Azərbaycan dənizçiləri ilə həmrəy olduqlarını və bu faciənin bütün dünyaya çatdırılmasına kömək edəcəklərini bildirirlər. Bu, həm də dünya dənizçilərinin həmrəylik nümayiş etdirdiyi ilk hadisə kimi tarixə düşür.

Dənizçilərimizə təzyiq və hədələr durmadan artır. SSRİ müdafiə nazirinin müavini, admiral Sidorovun və digər yüksək çinli rəhbərlərin buxtanın dərhal boşaldılması tələbinə Azərbaycan dənizçiləri birmənalı olaraq “yox!” deyirlər.

Dənizçilərimiz geri çəkilmədiyindən hərbçilər mülki gəmilərimizi müxtəlif silahlardan atəşə tuturlar. Həmin atəş izləri hələ də bəzi gəmilərin üzərində qalır.

Hadisələrdən sonra 40-a yaxın kapitanımız həbs edilir, onların barəsində cinayət işi açılır…

“Azadlıq carçıları” sənədli filmi həm də onu sübut edir ki, o vaxt dənizçilərimizin cəsarətli addımları sovet hərbi gəmilərinin Bakı buxtasına yan almasının və sovet əsgərlərinin törətdiyi qətliamı davam etdirməsinin qarşısını kəsməkdə mühüm rol oynayıb.

M. MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında