Dürdanə Ağayeva: Qara yanvar xalqımın tarixində faciəli gündür

ABŞ-da çıxan “Jewish Journal” nəşrində Xocalı qırğınının şahidi, bu dəhşətli qətliamdan möcüzəli şəkildə salamat qalmış Dürdanə Ağayevanın Qara Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş məqaləsi dərc edilib.

Müəllif yazır ki, 1990-cı ilin 20 yanvar səhəri qətlə yetirilmiş dinc azərbaycanlıların qanına boyanmışdı. Moskva Bakıya planlaşdırılan hücumu xalqdan hər vəchlə gizlətməyə çalışmışdı. Yüzlərlə dinc sakin, o cümlədən qadınlar, qocalar və uşaqlar həlak olmuşdu. Komendant rejiminin məhdudiyyətlərinə baxmayaraq, yanvarın 22-də yüz minlərlə azərbaycanlı qətliam qurbanlarını dəfn etmək və xatirəsini əbədiləşdirmək, Vətənə məhəbbətlərini ifadə etmək və ölkənin azadlığı və azad cəmiyyət uğrunda mübarizəyə sadiq olacaqlarını nümayiş etdirmək üçün Bakı  küçələrinə çıxmışdılar.

Müəllif xüsusi vurğulayaraq yazır: “Qara Yanvar xalqımın tarixində qara gündür. Amma eyni zamanda, ölkəm üzərində sovet nəzarətinə son qoydu. Belə bir zülmətdən azad və müstəqil bir dövlət – Azərbaycan doğuldu”.

Məqalənin sonunda deyilir: “Qara Yanvar hətta amansızlıq və vəhşiliklər qarşısında işıqlı gələcəyə ümid olduğunu göstərən bariz nümunədir”.

Yusif Babanlı,
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında