Qanlı Yanvar hadisəsi xarici mətbuatda

Qanlı Yanvar hadisəsi Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin qanlı gecədə həlak olan Vətən oğulları ölkəmizin tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanımızın tarixinə 20 Yanvar faciəsi şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Bu günlərdə ölkəmizin hüdudlarından kənarda şəhidlərin ruhu dərin ehtiram hissi ilə yad edilir. Qanlı Yanvar hadisəsi xarici kütləvi informasiya vasitələrində geniş işiqlandırılır. Braziliyanın nüfuzlu media orqanları olan “Correio Braziliense” qəzeti və “EmbassyBrasilia” elektron jurnalında “Azerbaijan: 28 anos se passaram desde o Janeiro Negro” (“Azərbaycan: Qara Yanvardan 28 il ötür”) sərlövhəli məqalə dərc olunub.

Məqalələrdə 1990-cı ildə Azərbaycan xalıqının başına gətirilən fəlakətlərdən danışılır. Sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilir. Həmçinin bildirilir ki, bu hadisəyə ilk siyasi qiymət verən ümummilli lider Heydər Əliyev olub və bu qanlı olayın beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

Məqalələrdə bildirilir ki, əliyalın dinc sakinlər vəhşicəsinə qətlə yetirilmişdir. Qadağalara baxmayaraq, yanvarın 22-də yüz minlərlə insan qətliam qurbanlarını dəfn etmək üçün Bakı küçələrinə axışmışdır.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında