Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş kitab sərgisi təşkil olunub və toplantı keçirilib.

Komissiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri əvəzi, AAK sədrinin müavini Vəli Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüzdən, 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Azərbaycan tarixindəki yerindən, o zaman törədilmiş cinayətlərdən, insanların vəhşicəsinə qətlə yetirilməsindən, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsindən, onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışıb. AAK sədrinin müavini qeyd edib ki, 20 Yanvar 1990-cı il Azərbaycan xalqının öz yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etdiyi tarixi bir gündür.

Vəli Hüseynov ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş faciə ilə bağlı xalqımıza başsağlığı verməsini, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsini, hərbçilərin dinc əhaliyə divan tutmasına və
bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsini xüsusi olaraq vurğulayıb.

Konfransda AAK-ın şöbə müdiri Rafail Əhmədlinin
20 Yanvarla bağlı “Azərbaycan tarixinin 20 Yanvar səhifəsi” mövzusunda məruzəsi dinlənilib. Toplantıda çıxış edənlər bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə doğma Azərbaycanımızın məğrur oğul və qızları öz qanları ilə Azərbaycan tarixinin şərəfli və müqəddəs bir səhifəsini yazıblar.

Məruzə ətrafında çıxış edənlər 20 Yanvar şəhidlərinin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, onların ailə üzvlərinə daim dövlət qayğısının olduğunu xüsusi vurğulayıblar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında