Zaqatalada şəhidlərin anım tədbirləri

Bəşər tarixinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Zaqatalada silsilə tədbirlər keçirilib. Yekun tədbirindən öncə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirə kompleksinə gələrək, onların ölməz xatirəsini ehtiramla yad edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində “Vətən, sənə canım qurban!” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş “Qan yaddaşı” adlı rəsm sərgisinə baxıb, 20 Yanvar faciəsində, eləcə də Azərbayacanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Vətən, sənə canım qurban!” mövzusunda məruzəsi dinlənilib. Məruzədə rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet imperiyasının bütün qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqımıza qarşı törədilmiş bu qanlı cinayətlərin təşkilatçılarını və iştirakçılarını pisləyən bəyanat verdiyini və həmin bəyanatın xalqımızın haqq səsini müdafiə edən və onun köməksiz olmadığını bütün dünyaya yayan cəsarətli bir addım olduğunu bildirib.

Natiq qeyd edib ki, məhz ulu öndərimiz hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib, qanlı faciənin bütün dünyaya tanıdılması üçün çox iş görülüb. Məruzədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğının artırılması sahəsində Prezident İlham Əliyevin fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və 20 Yanvarın faciəli tərəfləri ilə yanaşı, Azərbaycan tarixinə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizənin zirvəsi kimi daxil olduğu da xüsusilə vurğulanıb.

Konfransda çıxış edən Milli Qəhrəman Natiq Məmmədovun atası Bəşir Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü, azadlığı, müstəqilliyi uğrunda həyatından keçən bütün soydaşlarımızla fəxr etdiyini deyib, öz növbəsində, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlığını bildirib.

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı rayonun bütün yaşayış məntəqələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında anım mərasimləri, foto və rəsm sərgiləri təşkil olunub, məktəblilər arasında inşa müsabiqələri keçirilib. Eləcə də, rayondakı bütün şəhid ailələrinə yardımlar göstərilib, ehsan süfrələri təşkil olunub və şəhidlərin ruhuna dualar oxunub.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında