Qanlı Yanvar günlərində Bakıda bюyük qırğın törədildiyini “SOS” siqnalı ilə dünyaya çatdıranlar

Əgər Azərbaycan xalqına qarşı bu təcavüzü bir tərəfdən Qorbaçov başda olmaqla Sovet İttifaqının, Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyi etmişdirsə, ikinci tərəfdən və ən çox Azərbaycan Kommunist Partiyasının rəhbərliyi, Azərbaycan hюkumətinin rəhbərliyi etmişdir və bu sonuncular bəlkə də  daha çox günahkardırlar.

Heydər ƏLİYEV
Ümummilli lider

1990-cı il yanvarın 19-dan 20-nə gecə “şanlı sovet ordusu” Bakıda və Azərbaycanın bir sıra rayonlarında bюyük qırğın tюrətdi. Cəmi iki-üç gün ərzində 147 nəfər günahsız soydaşımız amansız güllələrin qurbanı oldu. 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbsə alındı, onlardan 112 nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalara atıldı. Sovet ordusunun hərbçiləri tərəfindən 200 ev və mənzil, 80 maşın, o cumlədən, təcili tibbi yardım maşınları sıradan çıxarıldı, yandırıcı gullələrin tюrətdiyi yanğınlar nəticəsində külli miqdarda dovlət əmlakı və şəxsi əmlak məhv edildi. Dəqiq hesablamalara gюrə, dovlət, ictimai və şəxsi əmlaka həmin dюvrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.

Həmin günlərdə bu qanlı qətliamın dünya юlkələrinə çatdırılması bюyük юnəm kəsb edirdi. Bu istiqamətdə ilk addımı o zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyev atdı. O, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bюyük toplantı keçirərək haqq səsimizi dünyaya bəyan etdi.

Amma yanvarın o qarlı-şaxtalı və qanlı günlərində Xəzər dənizində gəmilərin davamlı və fasiləsiz olaraq siqnallar verərək həyəcan təbili çaldığı da yadımızdadır. Bəs bunlar hansı gəmilər idi? Bu “SOS” siqnallarını verən qorxmaz oğullarımız kimlər idi? Bu barədə hər şeyi bilirikmi? Bax, bu gün həmin hadisələrin iştirakçısı olmuş vətənpərvər oğullarımızın юz dilindən bütün bunlar barədə ətraflı məlumat alacaqsınız.

Kərəm Yusif oğlu Məmmədov, Xəzər Dəniz Neft Donanmasının ÜİLKGİ-nin (rusca VLKSM) 40 illiyi adına gəmisinin kapitanı:

– Biz, Xəzər Dəniz Neft Donanmasının dənizçiləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni dənizdə, iş yerimizdə qarşıladıq. Qəfildən xəbər çatdı ki, gecə Bakıya sovet qoşunları daxil olub, bюyük qırğın tюrədilib, çoxlu юlən var. Bütün gəmilərə xəbər verdik ki, sahilə tərəf getmək lazımdır. Юz gəmilərimizlə Bakı buxtasına yaxınlaşanda binokl vasitəsilə baxıb gюrdük ki, Azərbaycan KPMK-nın (Prezident Administrasiyası) qarşısında izdiham var. Çoxlu tanklar, BTR-lər toplaşıb. Yanvarın 20-də günorta saat 12-13 arası Bakı buxtasına 110-115 gəmi yığışdı. Amma dispetçerlər bizə sahilə yan almağa icazə vermirdilər, deyirdilər ki, şəhərdə qırğın var, təhlükəlidir.

Bizim gəmilər buxtada dayananda burada olan SSRİ donanmasına məxsus hərbi gəmilərin şəxsi heyəti - onlar, əsasən, ruslardan ibarət idi, ermənilər də vardı - soruşurdular ki, niyə gəlmişik, çıxıb getməyimizi tələb edirdilər. Axşam saatlarında hərbi gəmilər gəmilərimizin arasından keçib gedərkən bizə iriçaplı silahlardan atəş açmağa başladılar. Və tələb etdilər ki, burada dayanmayaq, çıxıb gedək. Demək olar ki, gecəni səhərə qədər onlarla mübahisədə olduq. Gecənin bir vaxtında xəbər aldıq ki, şəhərdən meyitləri indiki Bayraq Meydanının yerində yerləşən hərbi donanmanın binasına gətirirlər. Təxminən saat 2 radələrində binoklla müşahidə etdik ki, doğrudan da, BTR-lər donanmanın binasına tərəf gəlir. Bizdə olan məlumata gюrə, məqsəd həmin hərbi texnikalarla gətirilən meyitləri gəmilərin anbarlarına doldurub dənizə aparacaqlar və suların dərinliyinə atacaqlar.

Bu zaman bütün gəmilərin kapitanları bir yerə toplaşdıq. Danışdıq ki, nəsə etməliyik. Amma topumuz yox, silahımız yox, neyləyə bilərdik? Qərara gəldik ki, iclas keçirək, təşkilati işlər gюrək, nə kimi addımlar atacağımızı müəyyənləşdirək. Beləliklə, “Sabit Orucov” sərnişin gəmisini юzümüzə qərargah seçdik. Onun kapitanı Mюvlud Məmmədov rus dilini yaxşı bildiyinə gюrə bizim rəhbərimiz seçildi və hərbi və mülki gəmilər arasında danışıq aparmağa başladı.

İlk nюvbədə, “SOS” siqnalları verməyi qərara aldıq. Bu, yanvarın 20-dən 21-nə keçən gecə baş verdi. Dünyanı Bakıda baş vermiş qırğınla bağlı xəbərdar etməyə başladıq. Cavablar da aldıq. Baltik, Azov və digər dənizlərdən cavablar aldıq ki, Bakıda qırğın olduğundan xəbər tutduq, amma qışdır, kюməyə gələ bilmirik. Siqnallarımız əvvəlcə bütün günü səslənirdi, sonra onu da tənzimlədik. Gecələr hər saatdan bir 5 dəqiqə, gündüzlər isə hər yarım saatdan bir 5 dəqiqə siqnal verməyi qərarlaşdırdıq. Bütün 100 gəminin hamısı eyni vaxtda siqnal verirdi. Bu vəziyyət düz yanvarın 25-nə qədər davam elədi. 

Hərəkətlərimizi idarə etmək üçün 7 gəmi kapitanından ibarət heyət seçildi. Qərara aldıq ki, şəhərdə baş verən qırğınlar barədə əlimiz çatın yerlərə müraciət edək. Eyni zamanda, hərbi gəmilərin dənizə çıxmasına mane olmaq üçün kanalı (Bakı buxtasından dənizə çıxış bu kanalla baş tuturdu) bağlamağı qərara aldıq. Şərt qoyduq ki, ordu təcili olaraq Bakıdan çıxmasa, əvvəlcə işarə vermək üçün bir gəmi yandıracağıq. Əgər tələblərimizə yenə əhəmiyyət verilməsə, Qaraşəhərdəki bütün neft rezervuarlarını yandıracağıq. Bu tələblərimizi ratsiya vasitəsilə hərbi qərargahda oturan Sov.İKP MK-nın məsul nümayəndəsi admiral Sidorova da çatdırdıq. O, bizi qəbul etdi, tələblərimizi dinlədi. Və izah etməyə çalışdı ki, dənizə aparılanlar meyitlər deyil, hərbçilərin ailələri olacaq. Təklif etdik ki, sahildən uzaqlaşan gəmilərə bizim nümayəndələr baxış keçirsinlər. “Babazadə” gəmisinin kapitanı, ağsaqqalımız Müzəffər Məmmədov (indi 85 yaşı var) dedi ki, yaşlı olduğum üçün qoyun mən gedim, юlməli olsam da, mən юlüm, siz cavansınız. Lakin sonra Sidorov buna imkan vermədi, bildirdi ki, nə vaxtdan mülki gəmilər hərbi gəmiləri yoxlayan olub, tutun onları, güllələyin. Bu zaman bütün 100-dən artıq gəminin kapitanı bəyan etdik ki, biz də tarana gedəcəyik. Bundan sonra bizim oradan salamat çıxmağımıza imkan verdilər.

Bakıdan da xəbər almaqda çətinlik çəkirdik. Şəhərdə nə baş verdiyini bilmirdik. Yalnız dispetçerlərimiz qorxa-qorxa müəyyən məlumat çatdıra bilirdilər. Onların da başının üstündə rus hərbçiləri oturmuşdular.

Səhər Neftçi Qurbanın müavini vardı, rəhmətlik Ağasif Hacıyev, bizim idarənin baş mühəndisi Gülağa Bağırov (indi o da rəhmətə gedib) və biz 7 kapitan o zamankı Ali Sovetin (indiki Milli Məclis) sədri Elmira Qafarovanın qəbuluna gəldik. O zaman SSRİ Ali Sovetinin deputatı olan rəhmətlik Tofiq İsmayılov da orda idi, bizi çox gюzəl qarşıladı, dedi ki, sizin fəaliyyətinizdən yaxşı xəbərdarıq, siz qoymadınız qırğın davam eləsin, artıq qırğını saxlayıblar. Bəstəkar, Xalq artisti Arif Məlikov da orda idi. Elmira Qafarova qara çarşab bağlamışdı. Bizi çox mehribanlıqla qəbul etdi. Dedi ki, elimizin qəhrəman oğlanları, siz gecə-gündüz o siqnalı verirsiniz, qoymursunuz camaatımız ruhdan düşə. Burda da məsələ qaldırdıq ki, dənizdə gəmilərin anbarında meyitlər var, onları aparıb dənizə atmaq istəyirlər, buna mane olmaq lazımdır.

Ordan bюlünüb, yarımız Sidorovla, yarımız da Yazovla gюrüşə getdik. Bunu rəhmətlik Elmira Qafarova təşkil etdi. O, həm də gəmilərin yoxlanacağını da bildirdi.

Yazovla gюrüşə Müzəffər Bağırov, Şeyxülislam Allahşükür Paşazadə, Arif Məlikov getdilər. Biz isə Sidorovla gюrüşə yollandıq. Hərbi Dəniz Donanmasının Bayıldakı qərargahına çatanda gюrdük ki, burda xeyli adam yığışıb, əsasən də qadın-uşaq, qışqırırlar. Bizə onları hərbçilərin ailələri kimi təqdim edərək bildirdilər ki, siz bunların ailələrini qırmısınız, indi də qoymursunuz onları aparaq. Qərargahda Azərbaycandakı hərbi donanmanın komandanı Lyaşovla gюrüşdük. O, çox aqressiv idi, bizi güllələməklə hədələdi. Burda bizə hədə-qorxu gəldilər ki, buxtadan çıxmalısınız, yoxsa sizi gülləbaran edəcəyik.

Beləliklə, 4 gün ərzində nə qədər mümkün idisə, müqavimət gюstərdik. Yanvarın 24-də dənizdə fюvqəladə vəziyyət elan edərək, bizim gəmiləri gülləbaran etməyə başladılar. Sahildən tanklar-toplarla, dənizdən hərbi gəmilərdən iriçaplı silahlarla başımıza od yağdırdılar, gəmilərimizi deşik-deşik elədilər. Murad Əliyevin gəmisinə 3600 güllə dəymişdi. Gəmi yanmağa başladı. O vaxt eşitmişdim ki, “İnturist” mehmanxanasının 12-ci mərtəbəsindən SSRİ xalq deputatı, məşhur qazax yazıçısı Oljas Süleymenov, rəhmətlik Yusif Səmədoğlu və Anar yaranmış acınacaqlı mənzərəni müşahidə edərək ağlayırmışlar. Sonralar hюkumətdən xahiş elədik ki, bu gəmi o günlərin canlı şahidi kimi, beləcə, gülləbaran edilmiş vəziyyətdə qorunub saxlansın. Ancaq baxan olmadı, gəmini doğrayıb tюkdülər, indi ondan yalnız şəkillər qalıb.

Bir neçə saatlıq gülləbarandan sonra gəmiləri çəkməyə məcbur olduq. Bizim heç bir silahımız yox idi, onlar isə ən müasir silahlardan atəş açırdılar. Bizim yalnız tarana getmək imkanımız vardı. Bunu rus hərbi dənizçiləri də bilirdilər. Tarana gedəsi olsaydıq, onların gəmilərini batıra bilərdik. Çünki bizim gəmilər dəmirdən, onlarınkı isə alüminiumdan idi. Buna imkan vermədilər. Nəhayət, Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanlarını, onların müavinlərini həbs etdilər. Mən də onların arasında idim. Təxminən, 40-50 nəfər idik, bizi əvvəl Şüvəlan həbsxanasına, oradan da yük təyyarələri ilə Krasnodara apardılar. Burada isə alman əsirləri kimi küçələrdə gəzdirdilər, yerli əhali bizi ekstremist, rusların qatili deyə sюyür, təhqir edirdi. Oradan isə bir hissəmizi Orenburqa, digər hissəmizi Ulyanovsk şəhərinə gюndərdilər. Mən Ulyansovka düşən dəstənin içində idim. Beləcə, hər cür zülmlə qarşılaşdıq, bitli kameralarda cəza çəkdik. Nəhayət, burada yaşayan azərbaycanlılar 30 gündən sonra bizi xilas edib Bakıya yola saldılar.

O odlu-alovlu günlərdən çox çətinliklə çıxdıq. Amma indi yeni “qəhrəmanlar” meydana çıxıb. Mən qəti şəkildə bildirirəm ki, o qanlı yanvar günlərində dənizdə xalqın səsinə səs verən, hər cür cəfalara qatlaşan yalnız bir idarənin dənizçiləri olub - Xəzər Dəniz Neft Donanmasının. Bakıda bir neçə gəmiçilik idarəsi var: balıqçılıq idarəsi, “Kaspar”, Xəzər Dəniz Neft Donanması. Birinci ikisi o hadisələrdə iştirak etməyib. Biz orda mübarizə aparanda “Kaspar”ın rəis müavini gəlib mənə irad tutmuş, demişdi ki, sən kimsən, bu gəmilərin (sovet hərbi gəmilərinin) qabağını kəsmisən. Mən də sualla cavab vermişdim ki, sizin şəhərdə юlənlərdən xəbəriniz varmı. Demişdi ki, cəhənnəmə юlsünlər. İndi onun adına gəmi var. Həmin idarədən bir gəmi belə bizə qoşulmamışdı.

Əlbəttə, biz o zaman vuruşanda bilmirdik ki, gələcəkdə Azərbaycan bu qədər gюzəl, abad bir юlkə olacaq. Sinəmizi qabağa vermişdik ki, юlkəmizi viran qoymasınlar, insanlarımızı юldürməsinlər. Nə yaxşı ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi, nə yaxşı ki, sonra İlham Əliyev prezident oldu və Azərbaycan bu qədər inkişaf edə, gюzəlləşə bildi. Amma indi bəzi yalançılar юzlərini qəhrəman kimi təqdim etməyə çalışırlar. “Kaspar”ın “qəhrəmanı” televiziya ekranına (ANS kanalı) çıxıb bəyan edir ki, bu işlərə o başçılıq edib. O hadisələrin iştirakçısı olmuş dənizçilər isə buna etiraz edirlər. Biz həmin kanalla da əlaqə saxlamışıq. Həmin adam o vaxt “Kaspar”ın baş mühəndisi olub. İndi də hansısa firmada işləyir, юzü də Həccə gedib-gəlib.

Bilirsinizmi, aradan 25 il keçib, bizim də sıralarımız yavaş-yavaş seyrəlir, bu anlaşılmazlığa biryolluq son qoymaq lazımdır. Biryolluq hamı bilməlidir ki, 20 Yanvar gecəsində, sonrakı günlərdə dənizdə sinəsini sipər edib “SOS” siqnalı verərək dünyanı Bakı qırğınından xəbərdar edən, qırğının uzun müddət davam etdirilməsinin qarşısını alan kimlər olub. İndi müxtəlif telekallarda, qəzetlərdə gənc insanlar işləyirlər, o günləri gюrməyiblər. Юzünü “qəhrəman” kimi təqdim edən təsadüfi adamları danışdırıb müsahibə alırlar. Amma əsl iştirakçılar kənarda qalır. Mən təklif edərdim ki, ya bizim idarəyə (Xəzər Dəniz Neft Donanması), ya da o zaman yığışdığımız yerə (Bakı buxtası) bir lюvhə vurulsun və orada yazılsın ki, “Burda Xəzər Neft Donanmasının dənizçiləri sovet faşist ordusu ilə mübarizə aparıblar”. Və hamı bilsin ki, lazım gələndə kimi danışdırmaq lazımdır. Həm də dənizçilər hər il yanvarın 20-də həmin yerə əklil qoya, o günləri yada sala bilərlər.

Unutmaq lazım deyil ki, o günlərdə od-alovun altında yüzlərlə insan - dənizçi hünər gюstərib, milli qeyrət gюstərib. Moskvanın fikri Bakıda bir həftə qırğın aparmaq idi. Meyitləri isə xəlvətcə daşıyıb dənizə tюkəcəkdilər, nə qədər adamın юldüyünü heç kim bilməyəcəkdi. Ortaya 5-10 meyit çıxaracaqdılar ki, юlüm halları bundan ibarətdir. Bunu rəhmətlik  Tofiq İsmayılovla sюhbətində Yazov da etiraf etmiş, planı tam həyata keçirə bilmədiklərini demişdi. İndi biz 7 kapitandan 4-ü rəhmətə gedib. Heç olmasa, indi həmin hadisələri xatırladan bir lюvhə qoyulsa, əsl həqiqətin harda olduğu aydın olar.

Rюvşən Əsgər oğlu Dəmirov - Xəzər Dəniz Neft Donanmasının “Nefteqaz-64” gəmisinin kapitanı:

– Yanvarın 20-də səhər tezdən gəmilərimizin yerləşdiyi Limanbazaya (Zığ ərazisi) gəldim. Burada iki-üç kapitanın yığışdığını gюrdüm. Axşam baş vermiş qırğın haqda sюhbət etdik. Danışdıq ki, bəlkə etiraz səsimizi ucaltmaq üçün Bakı buxtasına yığışaq. Təklifi kapitan Gülağa Məcidov verdi. Kapitanı olduğum gəmini işə salıb Dəniz Vağzalı istiqamətində hərəkətə başladım. Gülağa isə donanmamızın başqa gəmilərinə də xəbər vermişdi. Bir azdan bütün gəmilərin ardımızca düzüldüyünü gюrdüm. Bir azdan “Vixr-12" gəmisi (kapitanı İbrahim Salayev) də gəlib qabağa keçdi. Bütюvlükdə 100-dən çox gəmi toplaşdı.

Sonra “Sabit Orucov” gəmisində kapitanlar Mюvlud Əliyev, Müzəffər Əliyev, Murad Əliyev, Hidayət Atakişiyev, Ağalar İbrahimov, Gülağa Məcidov bir yerə toplaşaraq qərar qəbul etdilər ki, bütün dünyaya SOS siqnalı verək. Belə də etdik.

Həmin gün axşam saat 7 radələrində xəbər gəldi ki, hərbi gəmilər meyitləri dənizə atmaq üçün aparır. Mən юz gəmimizlə onları müşayiət edərək Nargin adası istiqamətində yola düşdüm və yaxınlaşanda gюrdüm ki, iki hərbi gəmi işıqlarını sюndürüb, hərbi postu keçib gedir. Mən isə юz gəmimin işıqlarını yandırıb-sюndürməklə işarə verdim ki, dayansınlar. Lakin həmin gəmilərdən bizim gəmini atəşə tutmağa başladılar. Mən юz gəmimlə bu gəmilərdən birini vurdum (tarana getdim). Bundan sonra atəşlər bir az da intensivləşdi. Bizdə isə heç bir silah yox idi. Bu vaxt qarşıdakı iki gəminin yanında üçüncü torpedo gəmisini də gюrdüm. Bu gəmidən bizi təxminən yarım saat atəşə tutdular. Gəmimin idarə mərkəzində salamat şüşə qalmadı. Bu gəmini Polşadan oktyabr ayında gətirmişdim. Hərbi gəmilərdən də bюyük, təzə bir gəmi idi. Mərmilər onu deşik-deşik eləmişdi. Gюrdüm, atəş dayanmır, işıqları yandırdıb işarə verdim ki, gəmimiz saya oturub. Onlar, sən demə, belə də başa düşüblər, elə biliblər ki, bizim gəmini vurub deşiblər. Bunu sonralar юyrəndik. Bundan sonra hərbi gəmilər uzuqlaşıb getdilər.

Sonralar Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası"ndan gəlib bizim gəmini çəkmişdilər. 1000-ə qədər güllə yeri saymışdılar. Əksəriyyəti pulemyot mərmilərinin izi idi. Gəminin santimetr yarımlıq dəmirini avtomat gülləsi ilə deşmək mümkün deyildi. Mənim kayutumdakı bir çox əşyalar, hətta yataq otağımdakı şkaf da deşilmişdi. Gəmidəki adamlarımızı isə əvvəlcədən aşağı mərtəbələrdəki otaqlarda yerləşdirmişdik ki, güllə onları tutmasın. Beləcə, qayıdıb Dəniz Vağzalında dayandıq.

Sonradan bildik ki, bizim gəmilərin xorla siqal verməsi bюyük effekt verib. Birinci nюvbədə, Bakıda qırğınlar dayandırıldı. Bizdə məlumat vardı ki, Moskvanın qırğınları bir neçə gün davam etdirmək fikri var. Gəmilərin o vahiməli siqnalından rus əsgərləri юzlərini itirmiş, xalqımız isə ürəklənmişdi. Eyni zamanda, radiosiqnal vasitəsilə məlumatlar alırdıq ki, siqnallarımız, Aralıq, Baltik və digər dənizlərdəki gəmilər tərəfindən eşidilib. Yazırdılar ki, biz də sizinlə həmrəyik. Bu məlumatlar “Sabit Orucov” gəmisindəki radistlər tərəfindən qeydə alınırdı. Bilirsinizmi, gəmilərdə belə bir qayda var ki, günün müəyyən saatlarında bütün rabitə kəsilir, yalnız “SOS” siqnalları eşidilir. Bizim siqnallar da bu qayda ilə dünyaya yayılırdı. Bu, dünya üzrə qəbul edilmiş qaydadır. Məhz bu siqnallardan sonra daxil olan həmrəylik cavabları rus ordusunu, hətta müdafiə naziri Yazovun юzünü də çıxılmaz vəziyyətə salmışdı. Buna gюrə də qırğınları nəzərdə tutulduğundan tez dayandırmağa məcbur olmuşdular.

O hadisə zamanı bizim kapitanlardan tutulanlar oldu. Onları Rusiyanın müxtəlif şəhərlərinə aparmışdılar. Təsadüfən mənim dənizlə heç bir əlaqəsi olmayan qardaşım da tutulmuşdu. O, gəmiyə mənim yanıma gəlibmiş. Mən isə o vaxt işdə olmamışam. Hərbçilər gəmilərdə həbslərə başlayanda onu da tutmuşdular. Sonra Elmira Qafarovanın müdaxiləsi nəticəsində onu buraxmışdılar.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında