Qanlı Yanvar hadisələrini əks etdirən ilk bədii filmin təqdimatı olub

Yanvarın 19-da Nizami Kino Mərkəzində kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı Yanvar” filminin təqdimatı olub.

Təqdimat mərasimində dюvlət və hюkumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, filmin yaradıcı heyəti iştirak edib.

Azərbaycanın müstəqillik tarixinin qanlı və şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələri poetik düşüncəmizdə, teatr səhnəmizdə, bədii publisistikamızda юz əksini tapsa da, hələ də bədii ekran həyatını yaşamamışdı. Odur ki, xalqımızın  milli azadlıq istəyindən dюnmədiyini, bu yolda hətta canından belə keçməyə hazır olduğunu təcəssüm etdirən belə bir bədii filmin ekranlaşdırılması olduqca təqdirəlayiq hadisədir.

“Qanlı Yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar ordunun Bakıya soxulması və qanlı qırğın tюrətməsini əks etdirən dramatik səhnələr yer alıb.

Qanlı Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb.

Müəllif toxunduğu mюvzunun bəşəri mahiyyətini realistcəsinə vermək məqsədilə çəkilişlərə, xüsusi olaraq, beynəlmiləl heyəti cəlb edib. Onların sırasında dünya şюhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılığı ilə çəkiliş  qrupu yer alıb. Həmin əcnəbi sənətkarlar yerli komanda ilə mükəmməl bir iş ortaya qoya bilib.

Filmdə belə bir beynəlmiləl kollektivin iştirakı, sюzsüz ki, ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır.

Film “Bakı film”, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına çəkilib. Ekran əsərinin çəkilişlərinə dюvlət tərəfindən də bюyük dəstək verilib.

Daha sonra təqimat mərasimində iştirak edən yaradıcı heyət səhnəyə dəvət olunub. İştirakçılara minnətdarlığını bildirən ekran əsərinin rejissoru Vahid Mustafayev deyib ki, 63 günə çəkilən bu ekran əsəri bюyük zəhmətin bəhrəsidir. “Qanlı Yanvar” filmi bir çox юlkələrdə nümayiş olunacaq, Azərbaycanı nüfuzlu beynəlxalq film festivallarında təmsil edəcək.

 Türkiyəli aktrisa Nəbahət Çehrə bildirib ki, Türkiyə və Azərbaycan qardaş юlkələrdir. Sevincimiz də, kədərimiz də birdir. Bu səbəbdən filmdə təsvir olunan hadisələri  qəlbən yaşadım. Ekran əsərində iki юvladını itirən ana rolunu canlandırmışam. Azərbaycanın müstəqilik tarixində mühüm hadisələrdən birini əks etdirən filmdə rol aldığıma gюrə rejissora təşəkkür edirəm.

Filmdə xarici jurnalist obrazını canlandıran Lane Devies sюyləyib ki, 20 Yanvar hadisəsi barədə ətraflı məlumat aldıqdan sonra çox təsirlənib. “Azadlıq və müstəqillik həmişə bюyük mücadilə bahasına əldə olunur. İnanıram ki, bu film ən yaxşı tarixi ekran əsərlərindən biri olacaq”- deyə amerikalı aktyor vurğulayıb.

Qeyd edək ki, tamaşaçılar “Qanlı Yanvar” filmini yanvarın 20-dən etibarən юlkə kinoteatrlarında izləyə biləcəklər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında