Tacikistanda anım mərasimi

Azərbaycan Respublikasının Düşənbədəki səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Səfirlikdə 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend hazırlanmış, Azərbaycan, rus, ingilis və tacik dillərində pres-relizlər paylanılmışdır.  

Tədbirdə Tacikistan Ali Məclisinin deputatları, rəsmi şəxslər, elm, mədəniyyət  xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri, Tacikistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, KİV nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində 20 Yanvar hadisələri ilə bağlı “Lider” TV-nin hazırladığı sənədli film nümayiş etdirilmiş, həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir Abbasəli Həsənov 20 Yanvar faciəsi barədə toplantı iştirakçılarına ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, bu cinayət, azadlığa, müstəqilliyə can atan, öz torpaqlarının müdafiəsinə qalxmış Azərbaycanın və onun məğrur xalqının inamını qırmağa, bununla da, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsinə şərait yaratmağa yönəlmişdi.  Səfir qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyini qorumaq, güclü dövlət qurmaq üçün lazımi mühüm tədbirlər həyata keçirdi və onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən dövlətimizin daha da güclənməsi istiqamətində böyük işlər görülməkdə davam edir. Azərbaycan xalqı əmindir ki, müstəqilliyimiz Heydər Əliyevin təbirincə desək dönməzdir və əbədidir. Azərbaycan bu gün sürətlə inkişaf edir, öz iqtisadi göstəricilərinə görə regionun lider dövlətinə çevrilmişdir. Ölkənin hərbi gücü ildən-ilə artır. Bu imkan verir ki, Azərbaycan hansı yolla olursa olsun öz işğal olunmuş torpaqlarını geri qaytarsın.

Uzun müddət Tacikistanda yaşayan iş adamı Z.Alıgülov çıxış edərək 20 Yanvarda sovet hökumətinin öz xalqına qarşı terror aktı həyata keçirdiyini bildirmişdir.  Tacikistanda çalışan hadisələrin şahidi olmuş Azərbaycan vətəndaşı Ə.İsmayılov o zaman 16 yaşının olmasına baxmayaraq, sanitar kimi işlədiyini və hadisə qurbanlarına yardım göstərdiyi qeyd etmişdir.

Tacikistanın “Cahonnome” televiziya kanalı 20 Yanvar faciəsi barədə reportaj hazırlamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında