Qafqaz Universitetində 20 yanvar faciəsi anıldı

 Qafqaz universitetində 1990-cı il 20 Yanvar faciəsinin 24-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib.  İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqiəlik sükutla yad edildi və ardından Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirildi. Daha sonra Teleaparıcı Rahib Azərinin 20 Yanvar şəhidlərinin xatirəsinə hazırladığı Sirdaş proqramı nümayiş olundu. Sonra söz müəllifin özünə verildi. Rahib Azəri öz çıxışında həmin hadisələrin canlı şahidi olduğunu söyləyib. O, 20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu söyləyib. Olaylar barədə məlumat verən Rahib Azəri bildirib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan 131 şəhid verib. Bu şəhidlər ölkəmizin müstəqilliyi uğrunda həlak olublar. 20 Yanvar olaylarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində başlıca rolu isə ümummilli lider Heydər Əliyev oynayıb. Məhz SSRİ-nin yaratdığı informasiya blokadasına baxmayaraqumummilli lider H.Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 1990-cı il yanvarın 21-də Qorbaçov və onun komandasının atdığı bu addımları kəskin tənqid edib. Ümummilli lider Heydər Əliyevin bu müraciəti o zaman dünyanın aparıcı KİV orqanlarında geniş işıqlandırılıb. Beləliklə də beynəlxalq ictimaiyət Azərbaycanda sovet ordusunun həyata keçirtdiyi qanlı qırğın barədə məlumatlandırılıb. Professor onu da bildirib ki, Sovet ordusunun 20 Yanvarda xalq hərəkatını boğmaq cəhdləri uğursuz alınıb. Müstəqilliyə aparan yola böyük iradə nümayiş etdirən Azərbaycan xalqı bu faciədən sonra daha da sıx birləşib. Tədbir  universitetin müəllim və tələbə heyətinin Şəhidlər Xiyabanını ziyarət etməsilə yekunlaşdı.

 

"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında