20 Yanvar faciəsi İzmirdə də anılıb

 

 

 

20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Türkiyənin İzmir şəhərində anma mərasimi keçirilib. İzmir Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin üzvü Rəsmiyə Nasiboğlu bildirmişdir ki, tədbir bir neçə aydır ki, fəaliyyət göstərən dərnək rəsmilərinin birgə səyi nəticəsində baş tutmuşdur.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qeyd edilib ki, 1990-cı ilin 20 Yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Tədbirdə çıxış edən dərnəyin rəhbəri Cəvahir Damar (Əhmədova) 20 Yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş qırğınları, vəhşilikləri xatırlayaraq milli azadlıq, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıb. O, 1990-cı il 20 Yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı, amansızlığı ilə seçilən təcavüzdən bəhs edərək azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışıb, 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən çox insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını qeyd edib.

Tədbirlərin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ehsan süfrəsi verilmişdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında