Xəzər rayonunda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir

 

 

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda gənclərlə “dəyirmi masa” və həmin mövzuda rayonun orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında rəsm və inşa yazı müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Mərdəkan bələdiyyəsinin akt zalında keçirilən tədbirdə çıxış edən Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev 20 Yanvar faciəsinin XXIV ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, gənclər arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin rəsm və inşa yazı sahəsində yaradıcılıqlarının nümayiş etdirilməsi məqsədilə hər il ənənəvi tədbirlərin keçirildiyini vurğulamışdır. 20 Yanvar faciəsinin mahiyyətinə görə dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüz olduğunu qeyd edən V.Əliyev 1990-cı ilin yanvarında respublikamızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdığını bildirmişdir.

Sonra rəsm və inşa yazı müsabiqələrinin qalibləri mükafatlandırılmışlar. Qeyd edək ki, rəsm müsabiqəsində Zəhra Quliyeva, Əliyar Dəmirov, Fatimə Hacıyeva, inşa yazı müsabiqəsinin nəticələrinə görə isə Aynurə Həsənova, Fatimə Hadıyeva, Əzizə Əliyeva fərqlənmişlər.

Leyla QURBANOVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında