“Xalqımızın qan yaddaşı”

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı “Xalqımızın qan yaddaşı” mövzusunda konfrans keçirilmişdir.

AAK-ın sədri, akademik Arif Mehdiyev konfransı giriş sözü ilə açaraq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciədən söz açmışdır.

Bildirilmişdir ki, həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha sübut etdi.

A.Mehdiyev qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir.

Konfrans açıq elan edildikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Konfransda AAK sədrinin müavini Vəli Hüseynovun “20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda məruzəsi dinlənilmişdir.

Məruzədə 20 Yanvar faciəsinin başvermə səbəblərindən, törədilmiş cinayət hadisələrindən, bu faciənin tariximizdəki yerindən, 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən və şəhidlərimizin ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açılmışdır.

Konfransda çıxış edənlər şəhidlərimizin qanları ilə Azərbaycan tarixinin şərəfli və müqəddəs bir səhifəsini yazdıqlarını vurğulamışlar.

Bildirilmişdir ki, müstəqilliyimizin bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Konfransa yekun vuran AAK-ın sədri Arif Mehdiyev demişdir ki, bu faciədən ötən dövr ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində respublikamızın siyasi, iqtisadi və hərbi qüdrəti son dərəcə yüksəlmiş, beynəlxalq aləmdə ölkəmizin mövqeyi olduqca güclənmişdir. Bütün bunlar 20 Yanvar faciəsi kimi tarixi bəlaların bir daha xalqımızın başına açılmamasına tam zəmanət verir.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında