Nərimanov rayonu

 

 

 

Xalqımızın qan yaadaşına əbədi həkk olunmuş Qanlı Yanvar hadisələrindən 24 il ötür. Bu günlərdə ölkəmizin hər yerində imperiya cəlladlarının xalqımıza qarşı törətdikləri bəşəri cinayət bir daha lənətlənir, milli-azadlığımız, suvereliyimiz  uğrunda canlarından keçmiş istiqlal mücahidlərinin ruhları ehtiramla yad olunur. Dünən Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında 20 Yanvar faciəsinin 24-cü  ildönümü ilə əlaqədar ictimaiyyət nümayəndələri və rayonda yaşayan şəhid ailələrinin üzvlərinin iştirakı ilə faciə qurbanlarını anma tədbir keçirildi.

Mərasim iştirakçıları icra hakimiyyəti binasının foyesində Nərimanov rayon məktəblilərinin 20 Yanvar hadisələri  mövzusunda çəkdiyi rəsmlərlə tanış oldular.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən söhbət açdı. Qeyd olundu ki,  20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı yönəldilmiş təcavüz idi. Xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış Qanlı Yanvar, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.  Natiq onu da qeyd etdi ki,  o müdhiş gecədə baş vermiş qanlı hadisələrdən zaman eribarilə uzaqlaşsaq da, xalqımız Vətən şəhidlərini heç vaxt unutmur, ruhlarını həmişə yad edir. Xalqımızın milli-azadlıq hərəkatının ən parlaq səhifələrindən birini yazmış 20 Yanvar şəhidləririn misilsiz qəhrəmanlıqlarının gənc nəslimiz üçün örnək olduğunu diqqətə çatdıran Ş. İbadov şəhidlərin ailə üzvlərinə bir daha başsağlığı verdi,  faciə qurbanlarına Allahdan rəhmət dilədi.

Ş. İbadov  baş vermiş qanlı olaylardan dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini qeyd etdi, ulu öndərin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rolunu vurğuladı. Natiq bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlamış, onlara hərtərəfli qayğı göstərmişdir. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməyi bacaran ulu öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri artırır və bu, gələcəkdə də davam etdiriləcəkdir.

Tədbirdə rayonda yerləşən Məktəb-Lisey Kompleksinin şagirdlərinin ifasında Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Şəhid ailələri və əlillər adından çıxış edən 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə qanlı faciənin başvermə səbəblərindən, həmin dəhşətli hadisəni törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışdı, bu dəhşətli qırğına ilk dəfə siyasi-hüquqi qiymətini ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən verildiyini qeyd etdi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdı.

Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərildi.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında