Binəqədi rayonu

 

Binəqədi  Rayon İcra Hakimiyyətində  20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları  əvvəlcə Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Mərasimdə  çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov  sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qətliamdan danışmışdır. Natiq  bildirmişdir ki, ulu öndər Heydər Əliyev həmin ağır günlərdə Moskvada öz xalqının səsinə səs vermiş və bu qətliamı pisləyən bəyanatla çıxış etmişdir.

20 Yanvar Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm bir mərhələ olmuşdur. Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirmişdir. 20 Yanvar milli matəm, hüzn günü kimi qeyd olunur, ancaq o müdhiş gecə həm də iftixar hissi ilə xatırlanır. Bu qətliam xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuşdur.

Natiq çıxışında həmiçinin bildirmişdir  ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir, müstəqilliyimizin bərpa edilməsində rolu olan insanlara qayğı ilə yanaşır.

Xaləddin İsgəndərov sonda ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində saxlanıldığını, onlara verilən təqaüd və müavinətlərin artırıldığını və bu artımın gələcəkdə də davamlı olacağını diqqətə çatdırmışdır.

Tədbirin sonunda C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında ədəbi - bədii kompozisiya nümayiş etdirilmişdir.

 Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında