Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 Yanvar faciəsinin ildönümü qeyd edildi

 

 

 

Yanvarın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Bu barədə qurumun mətbuat xidmətindən AzərTAc-a məlumat verilmişdir.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tədbirdə çıxış edərək demişdir ki, Azərbaycanın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin gün keçmiş sovet dövlətinin xalqımıza qarşı törətdiyi terror aktı, ən ağır cinayətlərdən biri idi. Azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, günahsız insanların qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar əməllərini dünyaya bir daha nümayiş etdirmişdir.

Bildirilmişdir ki, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad edilir. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilməsi barədə xüsusi fərman imzalamışdır.

Diqqətə çatdırılmışdır ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial problemlərinin həllinə xüsusi diqqət göstərir.

Bildirilmişdir ki, Azərbaycan həmkarlar ittifaqları da xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini həmişə əziz tutur, onların güzəranlarının daha da yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində görülən işlər mütəmadi olaraq davam etdirilir.

Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında