Nəsimi rayonunda 20 Yanvar faciəsi qurbanları yad edildi

 

 

Toplantıda Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının fəalları, rayon icra hakimiyyəti aparatının nümayəndələri, şəhid ailələri, ziyalılar iştirak edirdilər.

Tədbirin məramı ilə bağlı məlumat verən Nəsimi Rayon Ağbirçək Qadınlar Şurasının sədri Z. Quliyeva 20 Yanvar hadisələrini ən faciəli gün adlandırdı, bu tədbirin də məhz həmin gün vətən yolunda canından keçib qəhrəmanlıq səviyyəsinə qalxan övladlarımızın yad edilməsi məqsədilə təşkil edildiyini vurğuladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

“Həmin gün hər zaman yaddaşımızda, şüurumuzdadır. O faciədə canlarından keçən şəhidlərimiz bizlərin bu günü üçün, yəni müstəqil Azərbaycan naminə canlarından keçdilər. Həmin gecə  silahlanmış dəstənin qarşısına çıxan əliyalın gənclərimiz bilə-bilə ölümün üstünə şığıdılar. Bu gün şəhidlərin nigaran ruhları torpaqlarımızın azad ediləcəyi günü gözləyir, – deyə şura sədri Z.Quliyeva həmin günləri göz önünə gətirdi.

Sonra 20 Yanvar hadisəsinin elə ertəsi günü ümummilli lider Heydər Əliyevin Moskvada bəyanatla çıxış etməsi və sonralar faciəyə ilk siyasi qiymətin də məhz ulu öndər tərəfindən verilməsi bir daha diqqətə çatdırıldı. Qeyd edildi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Onların intiqamı mütləq alınacaq.

MEA Fəlsəfə İnstitutunun professoru R.Mirzəzadə, Respublika Əsgər Anaları Cəmiyyətinin sədri E.Bünyadzadə, 20 Yanvar Cəmiyyəti Nəsimi rayon şöbəsinin sədri T. Allahverdiyev çıxış edərək  faciəyə aparan yola nəzər saldılar, ölkəmizdə dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açdılar.   Sonra şəhidlərin ruhuna verilən ehsan süfrəsində yasin oxundu və dualar edildi. Şura tərəfindən 20 Yanvar şəhidləri ailələrinə və əlillərinə maddi yardım verildi.

Z. BƏŞİRQIZI,  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında