Heç kim unudulmur, heç nə unudulmur

 

 

İsveç Krallığında “Heç kim unudulmur, heç nə unudulmur” devizi altında  tədbir keçirilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, İsveç Krallığının Malmö şəhərində fəaliyyət göstərən “Xəzər” cəmiyyətinin təşkilatçılığı ilə “Heç kim unudulmur, heç nə unudulmur” devizi ilə tədbir keçirilmişdir.

Tədbirdə İsveçdə yaşayan həmvətənlərimizlə yanaşı, türk dərnəklərinin üzvləri də iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Xəzər cəmiyyətinin sədri Leyla Kiani 20 Yanvar hadisələri haqqında geniş məlumat vermişdir.

Tədbirdə Xəzər cəmiyyətinin 20 Yanvar faciəsi ilə əlaqədar beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanatı qəbul olunmuşdur. Bəyanat digər dillərə də tərcümə olunaraq BMT-yə eləcə də İsveç parlamentinə göndərilmişdir.

Tədbirdə “Xəzər” cəmiyyətinin hazırladığı “20 Yanvar hadisəsi dünyanın gözü ilə” video klipi nümayiş etdirilmişdir. Çıxış  edən  həmvətənlərimiz və hadisələrin şahidləri 20 Yanvar faciəsinin azadlığa doğru gedən yolun başlanğıcı olduğunu, bu hadisələrdən az sonra 1991-ci ilin oktyabrında xalqımızın azadlıq və müstəqillik arzularının gerçəkləşdiyini  vurğulamışlar.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında