“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən  20 Yanvar faciəsinin XXIII ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

Gəncliyə Yardım Fondunda təşkil olunmuş tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, millət vəkilləri Aydın Mirzəzadə, Sevinc Hüseynova, Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmed Aslan, 20 Yanvar Cəmiyyətinin nümayəndəsi Sahib Əliyev  iştirak etmişlər.     Tədbir açıq elan edildikdən sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Dövlət himni səsləndirilmışdır. Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələrdə 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanmasını bildirmişlər. Natiqlər həmin günün xalqımız üçün böyük dərd, faciə olduğunu, lakin eyni zamanda, bu hadisənin xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olduğunu vurğulamışlar.

Çıxışlardan sonra Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsində fərqlənmiş iştirakçıların mükafatlandırma mərasimi keçirilmişdir. I, II, III yerləri tutmuş və müsabiqədə fərqlənmiş şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında