Parisdə 20 Yanvar faciəsinə həsr edilmiş anım mərasimi

 

Azərbaycanın Fransadakı səfirliyi və Parisdəki “Azərbaycan evi” 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi təşkil etmişlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, tədbiri açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov 23 il əvvəl xalqımızın müstəqilliyi uğrunda aparılan mübarizədə həlak olmuş qəhrəman Vətən övladlarının tariximizə şanlı səhifə yazdığı haqqında iştirakçılara geniş məlumat vermişdir.

Sonra “Azərbaycan evi”nin təşəbbüsü ilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Parisin III Aleksandr korpusu üzərinə əklillər qoyulmuşdur.

Anım mərasiminin sonunda Sena çayına 20 Yanvar faciəsinin rəmzinə çevrilmiş qırmızı qərənfillər səpilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında