“Akkord” Korporasiyası 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etdi

 

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəylə nəticələndi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

1990-cı ilin 20 Yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq  qalsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Həmin vaxt Moskvada yaşayan xalqımızın dəyərli oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək, bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Xalqımızın başına gətirilən bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.

Bu gün sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 23 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur və hər il yüz minlərlə insan qəhrəman övladlarının uyuduğu Şəhidlər Xiyabanını ziyarət edir. Hər li olduğu kimi, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin kollektivi bu il də Ümumxalq Hüzn Günündə

20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edərək ŞƏHİDLƏR XİYABANInda oldular. Hadisə nəticəsində qətlə yetirilən 147 nəfər igid Azərbaycan övladının ruhuna dualar oxundu.

Direktorlar Şurasının tapşırığına əsasən anım tədbirləri təkcə respublikada deyil, Korporasiyanın - Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkiyə, Ukraynada və Almaniyada olan törəmə şirkət və nümayəndəliklərində də təşkil edildi və şəhidlərin xatirəsi dərin ehtiramla anıldı.

Allah rəhmət eləsin!

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında