20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda da anılmışdır

 

Strasburqda 20 Yanvar şəhidlərinin xatirəsinin anma mərasimi keçirilmişdir. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Strasburqda işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisi aparatının məsul işçiləri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası yanındakı nümayəndə heyətinin üzvləri, Strasburqda və Avropa Şurası yanında akkreditə olunan diplomatik korpusun əməkdaşları, Strasburq Universitetinin müəllimləri, diasporumuzun təmsilçiləri və tələbələrimiz anma mərasimində iştirak etmişlər.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov və ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tədbirdə çıxış edərək Qanlı Yanvar faciəsinin tarixindən danışmış, keçmiş sovet dövlətinin xalqımızın azadlıq və müstəqillik əzmini qırmaq məqsədi ilə Bakı şəhərinə ordu yeritməklə dinc əhaliyə qarşı amansız divan tutduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev hələ 1988-ci ildə SSRİ rəhbərliyinin apardığı siyasətdə onlara kömək edən qüvvələrin ölkəmizə qarşı qərəzli mövqe tutduqlarını, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına zəmin yaratdıqlarını söyləmişlər. Bildirilmişdir ki, 20 Yanvar hadisələri həm də Azərbaycan tarixinin şanlı səhifəsidir. Bu hadisələrin Azərbaycan xalqının azadlığı və müstəqilliyi yolunun başlanğıcı olduğunu xatırladan Milli Məclisin deputatı gənc nəsli 20 Yanvar faciəsini unutmamağa, şəhidlərin xatirəsini daim əziz tutmağa çağırmışdır.  

Nümayəndə heyətinin digər üzvü Rafael Hüseynov 20 Yanvar hadisələrinin azərbaycanlıların düşüncəsində mühüm dəyişikliklərə səbəb olduğunu, ölkəmizin müstəqilliyinin başlanğıcına çevrildiyini söyləmişdir. R.Hüseynov demişdir: “Heç kəs təsəvvür etməzdi ki, Sovet  İttifaqı kimi nəhəng bir imperiya dağıla bilər. Məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr SSRİ-nin dağılmasına səbəb oldu. Ona görə də həmin gün həyatını azadlıq yolunda qurban verən azərbaycanlılar, yalnız  azərbaycanlılar deyil, özlərini demokratiyanın, dünyanın daha azad olmasının tərəfdarı hesab edən bütün insanlar qiymətləndirilməlidirlər”.

Azərbaycanın 2001-ci ildən Avropa Şurasının tam hüquqlu üzvü olduğunu xatırladan Milli Məclisin deputatı ulu öndər Heydər Əliyevin yanvarın 19-da ilk dəfə Strasburqa yola düşən AŞPA-dakı nümayəndə heyətimizin üzvlərinə dediyi “siz heç vaxt unutmayın ki, Avropa Şurasına Azərbaycan tarixi, müasir tariximiz üçün nə qədər əhəmiyyət daşıyan vacib bir gündə yola düşürsünüz” sözlərini  xatırlatmış, xalqımızın qanı bahasına müstəqillik əldə etdiyini vurğulamışdır. 

Anma mərasimində gənc pianoçu Elnarə İsmayılovanın ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənmişdir.

Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarxlar və fotolar nümayiş etdirilmişdir.

Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında