20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

 

 

Binəqədi rayonunun Biləcəri qəsəbəsində

20 Yanvar şəhidlərinin xatirəsinə salınan yeni parkda qanlı faciənin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirildi. Rayonda yaşayan 20 Yanvar şəhid ailələrinin, rayon rəhbərliyi və məktəblərin müəllim-şagird kollektivlərinin iştirak etdikləri mərasimdə  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının kollektivinin ifasında ədəbi-bədii kompozisiya göstərildi.

Xatırladaq ki, 3800 kvadratmetr sahəni əhatə edən parkda “Güllə yağışı” adlı abidə kompleksi ucaldılmışdır. Ətrafda Avropadan gətirilmiş həmişəyaşıl ekzotik ağac və bitkilər əkilmişdir. Parkda müasir işıqlandırma və suvarma sistemi, həmçinin günlük və oturacaqlar  quraşdırılmışdır. Ətraf yollar və yaşayış sahələri abadlaşdırılmışdır. “Güllə yağışı” abidə kompleksində 500-ə yaxın müxtəlif kalibrli orijinal mərmi və gilizlərdən istifadə edilmişdir.

Mərasim daha sonra  rayon icra hakimiyyətində 20 Yanvar cəmiyyəti Binəqədi rayon şöbəsi üzvləri ilə davam etdirildi.Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov  bildirdi ki, 23 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnikası və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanları - qocaları, gəncləri, qadınları və uşaqları qanlarına qəltan etmişlər. Keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını qeyd edən X.İsgəndərov bu qanlı qırğının xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu xüsusi vurğuladı, 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini, Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını diqqətə çatdırdı.

X. İsgəndərov daha sonra 1990-cı ilin 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xatırlatdı, 20 Yanvar şəhidlərinin ailələrinə hazırda da dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğuladı.

20 Yanvar Cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qaniçən sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət, eyni zamanda, bəşər tarixinin ən qanlı terror aktlarından biri olduğunu diqqətə çatdırdı. Bildirdi ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.

Mərasimin sonunda 20 Yanvar Cəmiyyəti Binəqədi rayon şöbəsinin üzvlərinə maddi yardım edildi, bağlama paylanıldı.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında