20 Yanvar: Azərbaycanın müstəqillik arzularının məhv edilməsi üçün törədilmiş faciə

rn  

rn

rn Amma imperiya həmin hadisədən sonra öz istəyinin əksi ilə üz-üzə qaldı

rn

rn  

rn

rn  

rn

rn Xalqımızın yaddaşında qanlı və şanlı səhifə kimi hələ yüz illər boyu yaşayacaq bu hadisənin faciə olduğunu söyləyənlər ulu öndər Heydər Əliyevin məşhur bir deyimini eşitdikdən sonra öz mülahizələrini redaktə etmək məcburiyyətində qalmışdılar. Ümummilli lider qeyd etmişdi ki, həmin hadisə bizim üçün təkcə faciə deyil, həm də xalqın milli-azadlıq hərəkatının ölməzliyini göstərən amil, soydaşlarımızın ürəyində yüz illərdən bəri yaşayan milli dövlət qurmaq istəyinin reallaşdırılması yolunda atılan əsaslı addımlardan biri kimi qəbul edilməlidir.

rn

rn Böyük dövlət xadimi bu fikirləri söyləyərkən bir də ona görə haqlı idi ki, o, bilavasitə Bakıya qoşun yeridilməsinin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək Kreml rəhbərlərinin dinc əhaliyə divan tutmasını lənətləmişdi. Məhz həmin bəyanatdan sonra xalqımızın azadlıqsevər insanları beynəlxalq aləmdə təklənmədiklərini görmüş, milli-azadlıq hərəkatı özünün yeni mərhələsinə qədəm qoymuşdu. Sonralar onlarla, bəlkə də yüzlərlə kitabda ulu öndərin həmin qətiyyəti, milli-mənafe baxımından öz həyatını təhlükə qarşısına atmaqla nümayiş etdirdiyi mərdanəlik, cəsarət əsl sərkərdə fədakarlığı kimi qiymətləndirilmişdir.

rn

rn  Qeyd etdiyimiz kimi, artıq 23-cü dəfə böyük ehtiramla yad etdiyimiz 20 Yanvar şəhidlərinin hər birinin həyatı tədqiqatçılar, qələm sahibləri tərəfindən öyrənilmiş, dərsliklərə salınmışdır. İndi növbə alimlərindir. Alimlər 20 Yanvar faciəsinə aparan yol, bu qırğını törədən səbəblər, bu səbəblərin milli, dini, siyasi, iqtisadi mədəni və mənəvi aspektləri barədə bütün həqiqətləri ən incə məqamlarına qədər öyrənir və gənc nəslə öyrədilməsinə nail olurlar. Bu istiqamətdə reallaşdırılan ən uğurlu layihələrin müəllifi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarıdır. Onlar adı çəkilən tarixi hadisə ilə bilavasitə və bilvasitə bağlı olan bütün məqamları toplayaraq bütün səviyyələrdən olan oxucu auditoriyalarının rahatlıqla oxuyub öyrənə biləcəyi çox zəngin bir elektron layihə hazırlamışlar. Məsələn, hələ 90-cı ilin yanvarına iki il qalmış bu hadisələr üçün yaradılan zəmin adı çəkilən materialda bu şəkildə qiymətləndirilir:

rn

rn “1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatçılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağlaması millətin səbir kasasını daşırmışdı. 1989-cu ilin sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi, Naxçıvanın İranla sərhədindəki tikanlı məftillərin sökülüb atılması, xalq hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il yanvarın 13-15-də Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında “erməni talanları” törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fürsəti vermişdi. Nəhayət, 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Qanlı Yanvar qırğınını törətdi”.

rn

rn  Əlbəttə, bu elə bir məsələdir ki, bu barədə söz açarkən hansısa emosiyalara uymamaq, hissə qapılmamaq qətiyyən mümkün deyil. Çünki biz tamamilə ədalətli mövqedən çıxış etdiyimizə, tarix qarşısında günahkar olanları ifşa etməyə çalışdığımıza görə ortaya qoyduğumuz bütün sənədlər hamı üçün qəbul edilən bir səviyyədə olmalıdır. Ona görə də adı çəkilən elektron layihənin müəllifləri bilavasitə bu məsələlərə aid beynəlxalq təcrübəyə əsaslanaraq sırf sənədlərin dili ilə danışırlar. Məsələn: “İstintaq müəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.” Diqqət yetirin, bizim milli-azadlıq hərəkatımızı boğmaq üçün Bakıya qoşun yeridilir, gətirilən hərbçilərin əksəriyyəti SSRİ-nin müxtəlif yerlərində yaşayan ermənilərdən formalaşdırılır və onların bütün xərcləri Azərbaycan büdcəsi hesabına ödənilirdi. Bu idi Kremlin milli siyasəti, bu idi Mixail Qorbaçovun ortaya atdığı yenidənqurmanın yenidənqırma ilə nəticələnən fəsadları.

rn

rn  İndi isə Bakıya gətirilmiş hərbçilərin, bir az da dəqiq desək, ermənilərin törətdiyi vəhşiliklərin mənzərəsinə nəzər salaq. İstintaq materialında deyilir:

rn

rn “Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu.

rn

rn Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər”.

rn

rn  Faciəyə aparan yol, qırğının törədilməsi, qanlı hadisələrin ertəsi günü böyük dövlət xadimi Heydər Əliyevin göstərdiyi qətiyyət və başqa məqamlar barədə qısa da olsa söz açdıq. Bəs o zamankı Azərbaycan rəhbərliyi xalqımıza qarşı törədilən bu vəhşilyə hansı münasibəti göstərdi? Yenə də rəsmi sənədlərə diqqət yetirək :  “Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişdilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərirdi. Fövqəladə sessiya Bakı şəhərində törədilmiş faciəli hadisələrin təhqiqi üçün deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul etmişdir. Lakin bu komissiya  törədilmiş faciəyə hüquqi-siyasi qiymət vermək əvəzinə, ölənlər və yaralananlar, dövlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitirmişdi. Bu komissiya öz rəyini faciənin törədilməsindən iki il sonra – 1992-ci ildə SSRİ dövləti süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib, onu təsdiq etməklə kifayətlənmişdi.

rn

rn 1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan KP MK-nın təşkilati məsələyə həsr olunmuş plenumu keçirilmişdir. Plenumda gündəliyə respublikadakı siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək üçün komissiya yaradılmışdır. Lakin respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə, heç bir bəyanatla çıxış etməmişdir”.

rn

rn Haqqında söz açdığımız elektron materialda   (www.preslib.az) qeyd olunur ki, Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə  birgə apardıqları anti Azərbaycan siyasətinin tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.

rn

rn  Sonda onu da qeyd edək ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Onun tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunmuşdur. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko, Vaqif Hüseynov) üzərinə düşdüyü, onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunmuşdur.

rn

rn Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz qamətini düzəltdi, müstəqilliyə nail oldu  və ulu öndər Heydər Əliyevin titanik siyasi fəaliyyəti nəticəsində dövlət müstəqilliyini əbədiləşdirdi. Bu gün Azərbaycan dünyanın  sözü kəsərli olan 15 dövlətindən biri kimi BMT Təhlükəsizlik Şurasında təmsil olunur ki, bu da Prezident İlham Əliyevin ölkədə reallaşdırdığı islahatların və beynəlxalq aləmdəki nüfuzunun nəticəsidir.

rn

rn  

rn

 

 

<p style="&quot;text-align:" right;"="">rn “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında