Vergilər Nazirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir

Vergilər Nazirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Tədbir açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirmişdir ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ona görə də bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilmiş, faciənin günahkarlarının adları açıqlanmışdır. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm bir abidə ucaldılmışdır.

Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini bu gün də əziz tutur. Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret tədbirlər həyata keçirir, onlara lazımi diqqət və qayğı göstərir.

Daha sonra tədbirdə Akademik Milli Dram Teatrının aktyorlarının iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında