Kanadada 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir

 

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, mərasimdə Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan səfir Fərid Şəfiyev 20 Yanvar faciəsi haqqında məlumat vermiş və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışmışdır. Səfir demişdir ki, 20 Yanvar tariximizin qanlı səhifələrindən olmaqla yanaşı, həm də qəhrəmanlıq səhifəsidir. Əliyalın, dinc əhalinin sovet qoşunları tərəfindən hücuma məruz qalmasına, 147 günahsız insanın qətlə yetirilməsinə baxmayaraq, həmin hadisələr xalqın mübarizə əzmini qıra bilməmişdir.   

Sonra Azərbaycan diasporunun üzvləri də 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirmiş, Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə etmişlər. 

Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən fotolar da nümayiş olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında