Nəsimi rayonunda 20 Yanvar faciəsinin ildönümü qeyd edildi

 

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş plana əsasən rayonun təşkilat, idarə və təhsil müəssisələrində tədbirlər keçirilir, şəhidlərin xatirəsi anılır.

Nəsimi Rayon İcra Hakimiyyətində 20 Yanvar əlilləri və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbir həmin hadisələri əks etdirən sənədli filmin nümayişi ilə başlandı. Sonra faciə mövzusunda ədəbi-bədii kompozisiya göstərilidi.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan xalqının tarixinə 20 Yanvar faciəsi kimi daxil olmuş qanlı hadisələrdən 23 il ötür. Həmin gün xalqımızın şanlı övladları öz torpaqlarının bütövlüyü və milli azadlığı uğrunda əzmlə mübarizəyə qalxaraq yenilməzliyini və rəşadətini bütün dünyaya nümayiş etdirdilər. Biz həmin günü kədər, eyni zamanda böyük qürur hissi ilə qeyd edirik. Çünki, 1990-cı ilin 20 Yanvarında azərbaycanlılar qəhrəman xalq olduğunu və müstəqil dövlət qurmağa layiq olduğunu sübut etdi.

20 Yanvar hadisələri barədə həqiqətin dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri olub. O, faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bəyənatla çıxış etmiş, bu qanlı cinayətin günahkarlarının adlarını çəkərək onların cəzalandırılmasını tələb etmişdir. Həmin hadisələrə siyasi-hüquqi qiymət də məhz ulu öndərimizin Azərbaycanda hakimiyyətə qayıdışından sonra 1994-cü ildə verilmişdir.

Z.Xəlilov bildirdi ki, ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da 20 Yanvar əlilləri və şəhid ailələri daim diqqət və qayğı ilə əhatə olunub, onların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Sonra rayon sakini olan 20 Yanvar əlillərinin və şəhid ailələrinin müraciətləri dinlənilmiş, onların qaldırdıqları müxtəlif məsələlərin həlli üçün tədbirdə iştirak edən idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. 20 Yanvar əlilləri və şəhid ailələrinə maddi və ərzaq yardımı verilmişdir.

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında