Hindistan səfiri Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdədir

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdədir.Səfir Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhərində  ümummilli lider Heydər Əliyevin abidəsi üzərinə gül dəstəsi qoymuş və onun həyatını əks etdirən muzeylə tanış olmuşdur. Səfir Naxçıvan MR Ali Məclisinin Sədri  Vasif Talıbovla görüşərək, iqtisadiyyat, ticarət və investisiya, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi təkliflərini müzakirə etmişdir.

 

Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat naziri  Famil Seyidovla görüşdə səfir Sanjay Ranaya  Muxtar Respublikanın  iqtisadi fəaliyyət, sahibkarlıq və ixrac sahələrində əldə etdiyi mühüm nailiyyətlər haqqında məlumat verilmişdir. Səfir qeyri-neft sənayesi, bərpa olunan enerji, əczaçılıq, səhiyyə potensialın artırılması və İKT kimi mərkəzləşdirilmiş sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində Hindistanın maraqlı  olduğunu bildirmişdir.

Səfir Kənd Təsərrüfatı naziri Elşad Əliyevlə görüşündə kənd təsərrüfatı sahəsində, xüsusilə də nar, üzüm, pambıq və tütün kimi məhsulların istehsalında məhsuldarlığın artırılması sahəsində Hindistanın özünü təsdiq etmiş təcrübəsi haqqında danışmıdır. O,Hindistan şirkətlərinin beynəlxalq təcrübə və səriştəsi, Azərbaycanda suvarma və su idarəçiliyi ilə əlaqəli layihələrdə iştirak etməkdə maraqlı olmaları barədə Naziri məlumatlandırmışdır.Səfir həmçinin, dünya səviyyəli kənd təsərrüfatı avadanlıqları istehsal edən Hindistan şirkətləri haqqında  qısa məlumat vermişdir.

Mədəniyyət və Turizm naziri Natavan Qədimova ilə görüş zamanı səfir Naxçıvanda 2018-ci ilin sonlarına doğru Hindistan film festivalı və mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirmişdir. Səfir eyni zamanda İslam mədəniyyəti paytaxtı Naxçıvanda təşkil olunan tədbirlər haqqında məlumatlandırılmışdır.

Səfir S.Rana Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universitetini ziyarət edərək rektorlar, fakultə dekanları, müəllim və tələbələrlə görüş keçirmişdir.Səfir Hindistan və Naxçıvan universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsində Hindistanın maraqlı olduğunu ifadə etmişdir. Bununla əlaqədar olaraq O, bu universitetlərin fakultə və tələbələrini Hindistanda, Hindistan Texniki Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində təklif olunan təqaüdlər və təlim kurslarında iştirak etməyə dəvət etmişdir. 21 iyun 2018-ci il 4-cü Beynəlxalq Yoqa Gününün dünya miqyasında qeyd olunması kontekstində Səfir Yoqanın əqli və fiziki faydaları haqqında çıxış etmiş və Yoqa müəllimi Elçin Quliyev Naxçıvan universitetlərinin tələbə və fakultə üzvləri üçün qısa yoqa seansları təşkil etmişdir.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

Most popular



Calendar

Weather