HAVA PROQNOZU (Yanvarın 19-da)

Yanvarın 19-da
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yağıntılı olacağı, axşama doğru sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-2, gündüz 2-4, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 70-80 faiz olacaq.

{nl}

{nl}


Naxçıvan Muxtar Respublikasında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-3 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə güclü olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 5- 10, gündüz 0-5 dərəcə şaxta olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

{nl}


Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgəsində yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-3, gündüz 4-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında