HAVA PROQNOZU (Yanvarın 15-də)

Yanvarın 15-də
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65- 70 faiz olacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.Şimal- qərb küləyi əsəcək. Gecə 7-12 dərəcə şaxta , gündüz 2-7 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək.Gecə və səhər duman olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Qazax- Gəncə, Goranboy, Tərtər- Ağdam- Ağcabədi- Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək.Gecə və səhər duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-4 dərəcə şaxta, gündüz 7-9 dərəcə isti olacaq.

{nl}


Baləkən-Zaqatala-Qax- Şəki- Oğuz- Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək.Gecə və səhər duman olacaq.Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 5- 10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman olacaq.Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti olacaq.

{nl}


Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgəsində əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman olacaq.Şimal-qərb küləyi əsəcək,gündüz arabir güclənəcək. Gecə 0-3 , gündüz 7-10 dərəcə isti , dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2- 7 dərəcə isti olacaq.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında