HAVA PROQNOZU (Yanvarın 12-də)

{nl}

Yanvarın 12-də
Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağıntılı olacağı,səhər tədricən kəsiləcəyi,havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 2-4, gündüz 5-7, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50- 60 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Gecə 2-7 dərəcə şaxta , gündüz 3-8 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Qazax- Gəncə, Goranboy, Tərtər- Ağdam- Ağcabədi- Füzuli-Cəbrayıl bölgələrində yağıntılı olacağı,bəzi yerlərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti , gündüz 3-7 dərəcə isti olacaq.
Baləkən-Zaqatala-Qax- Şəki- Oğuz- Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti , dağlarda gecə 5- 8 , gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağıntılı olacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgəsində yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcək. Şərq küləyi əsəcək, dağlarda arabir güclənəcək. Gecə 2-5 , gündüz 5-8 dərəcə isti , dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında