HAVA PROQNOZU (Dekabrın 31-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Lakin axşama doğru havanın dəyişiləcəyi, ötən günlərə nisbətən temperaturun aşağı enəcəyi,gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.Gündüz mülayim şimal-qərb küləyi əsəcək,günün ikinci yarısından başlayaraq güclənəcək. Gecə 6-9, günün birinci yarısında 11-13, axşama doğru 7, Bakıda gecə 7-9,günün birinci yarısında 11-13, axşama doğru 7 dərəcəyədək isti olacaq.Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz olacaq. {nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Lakin günün ikinci yarısında hava şəraitinin kəskin dəyişiləcəyi, yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-9 dərəcə şaxta , gündüz 3-8 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Lakin günün ikinci yarısında hava şəraitinin kəskin dəyişiləcəyi, yağıntılı olacağı, qar yağacağı gözlənilir.Şimal küləyi əsəcək,gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 6-8 dərəcə isti olacaq.

{nl}

Qazax- Gəncə, Goranboy, Tərtər- Ağdam- Ağcabədi- Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin günün ikinci yarısında hava şəraitinin kəskin dəyişiləcəyi, axşama doğru yağıntılı olacağı gözlənilir.Şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq.

{nl}

Baləkən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman,çiskin olacaq.Lakin günün ikinci yarısında hava şəraitinin dəyişiləcəyi, yağıntılı olacağı, gecəyə doğru dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Şimal küləyi əsəcək,gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti , dağlarda gecə 3- 7 dərəcə şaxta , gündüz 0-5 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman olacaq.Lakin günün ikinci yarısında hava şəraitinin dəyişiləcəyi, gecəyə doğru yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək,gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 9-13 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgəsində əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Lakin axşama doğru hava şəraitinin kəskin dəyişiləcəyi, gecəyə doğru yağış yağacağı gözlənilir. Şimal- şərq küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-6 , gündüz 8-11 dərəcə isti , dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-8 dərəcə isti olacaq.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında