HAVA PROQNOZU (Dekabrın 14-də)

Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.Gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Gecə 8-10, gündüz 13-15,Bakıda gecə 8-10,gündüz 13-15 dərəcə isti olacaq.Atmosfer təzyiqi 753 mm civə sütunundan 763 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 90-95, gündüz 70-75 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında yağış yağacağı, bəzi dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.Gündüz əsasən yağmursuz keçəcək.Qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti , gündüz 10-15 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində yağış yağacağı, bəzi yerlərdə sulu qara,qara keçəcəyi gözlənilir.Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək,ayrı- ayrı yerlərdə arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.

{nl}

Qazax- Gəncə, Goranboy, Tərtər- Ağdam- Ağcabədi- Füzuli-Cəbrayıl bölgələrində yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-6, gündüz 13-15 dərəcə isti olacaq.

{nl}

Baləkən-Zaqatala-Qax- Şəki- Oğuz- Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-6, gündüz 10-15 dərəcə isti , dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağış yağacağı gözlənilir.Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-9, gündüz 12-16 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgəsində yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-10, gündüz 13-15 , dağlarda gecə 2-6, gündüz 10-13 dərəcə isti olacaq.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında