HAVA PROQNOZU (Dekabrın 10-da)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək,gündüz arabir güclənəcək. Yarımadada gecə 9-11, gündüz 13-16,Bakıda gecə 9-11,gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Cənub- qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman,çiskin olacaq. Cənub- qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 11-15 dərəcə isti olacaq.

{nl}

Qazax- Gəncə, Goranboy, Tərtər- Ağdam- Ağcabədi- Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Cənub- qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 2-6, gündüz 13-16 dərəcə isti olacaq.

{nl}

Baləkən-Zaqatala-Qax- Şəki- Oğuz- Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub- qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 2-6, gündüz 9-14 , dağlarda gecə 0-3, gündüz 8-13 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub- qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-9, gündüz 14-16 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgəsində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz dağlarda arabir güclənəcək. Gecə 9-11, gündüz 14-16 , dağlarda gecə 0-3, gündüz 10-15 dərəcə isti olacaq.

{nl}

Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyinin əsməsi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında