HAVA PROQNOZU (Dekabrın 4-də)

Bakıda və Abşeron yarımadasında buludlu olacaq, arabir açılacaq.Gecə və səhər bəzi yerlərdə duman , çiskin olacağı gözlənilir.Axşam isə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-11, gündüz 13-15,Bakıda gecə 9-11,gündüz 13-15 dərəcə isti olacaq.Atmosfer təzyiqi 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 18-23 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-8, gündüz 17-22 dərəcə isti olacaq.

{nl}

Qazax- Gəncə, Goranboy, Tərtər- Ağdam- Ağcabədi- Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək.Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10, gündüz 14-18 dərəcə isti olacaq.

{nl}

Baləkən-Zaqatala-Qax- Şəki- Oğuz- Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Lakin axşam və gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 4-9, gündüz 12-17 , dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman,şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 7-11, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgəsində əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Lakin axşam və gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 9-12, gündüz 17-20 , dağlarda gecə 2-7, gündüz 14-17 dərəcə isti olacaq.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında