HAVA PROQNOZU

 

Bakıda və Abşeron yarımadasında  dəyişkən buludlu olacaq. Əsasən  yağmursuz  keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam   duman olacaq. Mülayim cənub  küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Gecə 5-10,  gündüz  15-20, bəzi yerlərdə 23, Bakıda gecə 8-10, gündüz   20-22  dərəcə isti  olacaq. Atmosfer təzyiqi  normadan aşağı 752  mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət  65-70  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb  küləyi əsəcək.  Gecə 1-6, gündüz  15-20, bəzi yerlərdə 23  dərəcəyədək  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 0-5,  gündüz 12-16, bəzi yerlərdə 18  dərəcəyədək  isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində   əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb  küləyi əsəcək,  arabir güclənəcək.  Gecə 4-9,  gündüz  18-23  dərəcə  isti olacaq.

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  əsasən yağmursuz  keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər  ayrı-ayrı yerlərdə  duman  olacaq. Qərb  küləyi  əsəcək, arabir güclənəcək. Gecə 3-8, gündüz  15-20,  dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0-5  dərəcə şaxta,  gündüz  13-18 dərəcə  isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə  duman  olacaq. Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 5-10,  gündüz   16-21, bəzi yerlərdə 24  dərəcəyədək  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda  duman  olacaq. Şimal-şərq  küləyi  əsəcək, gündüz  arabir güclənəcək.  Gecə 7-10, gündüz   16-20,  dağlarda gecə 2-7, gündüz  14-19  dərəcə isti olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında